Dördüncü divizionda keçmiş dünya çempionu Roy Conson yaxın müddətdə rəqibi olacaq ağır çəkidə mütləq dünya çempionu Mayk Taysonla bağlı maraqlı fikirlər bildirib.
"Mayk Tayson videoroliklərdə amansız qatil kimi görünür. Bu məni qorxutmur. Çünki məndə yüksək formadayam. Səbirsizliklə onunla görüşümüzü gözdüyürəm. Səkkiz raundluq döyüşün nə olduğunu hələ bilmirəm. Onunla rinqdəki münasibətləri ilk raundlarda həll etmək istəyirəm. O, əvvəlki kimi şir gücündədir. Psixologiyası isə leopardı xatırladır. Tayson tələssə, məğlub olacaq", - deyə Roy Conson vurğulayıb.
Qeyd edək ki, haqqında danışılan görüş bu il sentyabrın 12-də Los Ancelesdə təşkil olunacaq.