Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında

Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında 

Olimpiya dünyası

07.09.2026, 20:13

Badmintonçumuz Keişa Fatimə Zəhra “Cameroon International 2026” turnirində qızıl medal qazanıb.

Olimpnews.az xəbər verir ki, qadın badmintonçuların şəxsi kateqoriyasında “International Challenge” seriyalı turnirdə iştirak edən Keişa Fatimə Zəhra reytinqi yüksək olduğundan mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşündə Uqanda badmintonçusunu mübarizədən kənarlaşdıran Keişa, 1/4 finalda BƏƏ təmsilçisinə qalib gəlməklə yarımfinala yüksəlib. Bu mərhələdə də badmintonçumuzun rəqibi BƏƏ idmançısı olub. Rəqibini hər iki setdə məğlub edən Keişa Fatimə Zəhranın həlledici qarşılaşmada da rəqibi BƏƏ badmintonçusu olub. Keişa Fatimə Zəhra Prakriti Bharatha 2:0 (21-16,21-19) hesabı ilə qalib gələrək “Cameroon International 2026” turnirində qızıl medal qazanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR