Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb

Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb

Basketbol

Bugün, 16:53

Azərbaycan Basketbol Liqasının (ABL) I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb.

Bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

I turun oktyabrın 4-də keçirilməsi planlaşdırılan "Naxçıvan" – "Neftçi" qarşılaşması baş tutmayacaq.

Buna səbəb "Neftçi"nin oktyabrın 6-da FIBA Avropa Kubokunun qrup mərhələsində Yunanıstanda "Mikonos"la qarşılaşmasıdır.

Bundan başqa, II turun "Gəncə" – "Sabah" oyunu da təxirə salınıb.

Qarşılaşmaların yeni tarixləri barədə əlavə məlumat veriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR