UWW prezidenti Nenad Laloviç Azərbaycan Güləş Federasiyasında olub

UWW prezidenti Nenad Laloviç Azərbaycan Güləş Federasiyasında olub

Güləş

Bugün, 19:22

Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Bakıya səfəri çərçivəsində Azərbaycan Güləş Federasiyasının (AGF) ofisini ziyarət edib.

Görüşdə UWW prezidentinə AGF-nin fəaliyyəti, rəqəmsal idarəetmə sistemlərinin inkişafı, vahid məlumat bazasının yaradılması, videoanaliz və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Nenad Laloviç AGF-nin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək görülən işləri təqdir edib. Yaxın gələcəkdə bu layihələrin qloballaşdırılması və UWW ilə əməkdaşlıq çərçivəsində digər ölkələrdə də tətbiqinə şərait yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR