Sərbəst güləşçimiz dünya çempionatının finalında

Sərbəst güləşçimiz dünya çempionatının finalında

Güləş

Bugün, 17:10

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev finala vəsiqə qazanıb.

Olimpnews.az xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda gürcüstanlı Vladimir Qamkrelidzeyə 9:1 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq.

125 kq çəki dərəcəsində mübarizə apartan Giorgi Meşvildişvili isə yarımfinalda rusiyalı Abdulla Kurbanova məğlub olub – 0:5. O, bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, hələlik Azərbaycanın aktivində 3 medal var. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar, Nihat Məmmədli (63 kq) isə gümüş mükafata sahib çıxıb.

Dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR