Dakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib

Dakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib   

Olimpiya oyunları

Bugün, 13:26

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarları müəyyənləşib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, mərasimdə Azərbaycanın üçrəngli bayrağını gender bərabərliyinə görə boksçumuz Gülər Hüseynova (51 kq) və Oyunların taekvondo yarışlarının gümüş mükafatçısı Adil Kazımlı (-73 kq) daşıyacaqlar.

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi Atletlər Kəndindəki "Village Plaza”da keçiriləcək. Mərasimin noyabrın 13-də Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. 

Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülərimiz - III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşımışdı. 

Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 5 medal var. İdmançılarımızdan cüdoçu İbrahim Talıbov (-55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medallara sahib çıxıblar.

Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) və taekvondoçumuz Adil Kazımlı (-73 kq) isə Oyunları gümüş medalla başa vurublar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR