Qadın basketbolçulardan ibarət millimizə baş məşqçi təyin olunub
Basketbol
29.09.2026, 10:49
İoannis Diamantakos basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi və bütün yaş qrupları üzrə qadın yığmalarının koordinatoru təyin olunub.
Bu barədə Azərbaycan Basketbol Federasiyasından (ABF) məlumat verilib.
ABF yunanıstanlı mütəxəssislə 2 illik müqavilə imzalayıb.
O, son olaraq Səudiyyə Ərəbistanının "AlUla" klubunun baş məşqçisi kimi fəaliyyət göstərib.
Mütəxəssis Livan Basketbol Federasiyasında texniki koordinator, Livanın qadınlardan ibarət əsas millisinin, eləcə də U-18 oğlan və qız yığmalarının baş məşqçisi vəzifələrində çalışıb. Mütəxəssis həmçinin Fələstinin kişilərdən ibarət əsas millisinə və Rumıniyanın U-20 yığmasına rəhbərlik edib.
Klub səviyyəsində Yunanıstan, Rumıniya, Fələstin və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Diamantakosun məşqçilik karyerasında U-18 qadınlar arasında FIBA Asiya Kubokunun B divizionunda və U-18 WABA turnirində qazanılan gümüş medallar, Fələstin Basketbol Liqası çempionluğu və Yunanıstanda iki liqa çempionluğu yer alır. O, həmçinin komandaları ilə FIBA Europe Cup-da ən güclü "səkkizlik"də yer alıb və FIBA U-20 Avropa çempionatını beşinci pillədə başa vurub.
Basketbol sahəsindəki fəaliyyətindən əlavə, İoannis Diamantakos psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Onun akademik bilikləri məşqçilik və liderlik fəaliyyətinə elmi yanaşma gətirir.
Diamantakosun əsas milli komanda ilə qarşıdakı hədəfi 2026-cı ilin noyabrında və 2027-ci ilin fevralında keçiriləcək FIBA-nın qadınlar arasında 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində rəqabətədavamlı çıxış etməkdir. Bu turnir gələcək üçün mühüm təcrübə qazandırmaqla yanaşı, 2027-ci ilin yayında keçiriləcək FIBA-nın qızlar arasında U-16, U-18 və U-20 Avropa çempionatlarına hazırlıq baxımından da faydalı olacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Elnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
15.11.2026, 04:45 Olimpiya oyunları
-
Adil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
15.11.2026, 04:39 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
15.11.2026, 04:31 Olimpiya oyunları
-
Anar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
15.11.2026, 04:25 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
15.11.2026, 03:40 Olimpiya oyunları
-
Tapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
14.11.2026, 15:06 Gündəm
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
13.11.2026, 23:32 Olimpiya oyunları
-
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
13.11.2026, 15:00 Olimpiya oyunları
-
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
13.11.2026, 13:30 Boks
-
Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
13.11.2026, 12:09 Olimpiya oyunları
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
13.11.2026, 10:45 Futbol
-
Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
13.11.2026, 00:38 Şahmat
-
Qılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
12.11.2026, 23:20 Olimpiya oyunları
-
Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
12.11.2026, 23:03 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım"
12.11.2026, 17:48 Olimpiya oyunları
-
Azərbaycan komandası Avropa çempionatında ikinci yeri tutub
12.11.2026, 17:30 Gündəm
-
Boksçumuz Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazandı
12.11.2026, 16:13 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
12.11.2026, 13:26 Olimpiya oyunları
-
Azərbaycan konstitusiyası - dövlətçilik tariximizin, suverenliyimizin və milli iradəmizin təcəssümü
12.11.2026, 12:59 Olimpiya dünyası
-
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
12.11.2026, 10:28 Gündəm
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
12.11.2026, 02:30 Gündəm
-
Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”
12.11.2026, 00:10 Olimpiya oyunları
-
Boksçumuz Dakar-2026-da final görüşünə çıxacaq
11.11.2026, 23:23 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısının 12-ci pilləsində qərarlaşır
11.11.2026, 23:09 Olimpiya oyunları
-
Azərbaycan taekvondoçusu Dakar-2026-da gümüş medal qazandı
11.11.2026, 21:56 Olimpiya oyunları
-
Taekvondoçumuz Dakar-2026-nın finalında
11.11.2026, 20:24 Olimpiya oyunları
-
Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
11.11.2026, 18:24 Cüdo
-
Dakar-2026: Taekvondoçumuz finalın bir addımlığında
11.11.2026, 17:00 Olimpiya oyunları
-
Dakar-2026: Boksçumuz finala vəsiqə qazandı
11.11.2026, 16:45 Olimpiya oyunları
-
Bu gün iki idmançımız Dakar-2026-da mübarizə aparacaq
10.11.2026, 23:55 Olimpiya oyunları
-
Dakar-2026: Komandamız ilk "onluğ"u tərk etdi
10.11.2026, 23:21 Olimpiya oyunları
-
Velosipedçimiz Dakar-2026-da çıxışını başa vurdu
10.11.2026, 17:24 Olimpiya oyunları
-
Şose velosipedçimiz Dakar-2026-da növbəti yarışa qatılacaq
10.11.2026, 09:00 Olimpiya oyunları
-
Tunar Quliyev: “Son saniyəyə qədər mübarizə apardım və arzuladığım qələbəni qazandım”
10.11.2026, 04:18 Olimpiya oyunları