Azərbaycan Basketbol Federasiyasının son mövsümün hesabatı və yeni mövsümün açılışı ilə bağlı tədbir keçirilib
Basketbol
29.09.2026, 20:27
Sentyabrın 29-da “Four Seasons” hotelində Azərbaycan Basketbol Federasiyasının (ABF) 2026/27 mövsümünün başlanması və ötən mövsümün hesabatına həsr olunmuş tədbir keçirilib.
Olimpnews.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, federasiyanın rəyasət heyətinin üzvləri, universitet rektorları, rəsmi tərəfdaşlar, federasiya əməkdaşları, klub rəhbərləri, məşqçilər, basketbolçular və media nümayəndələri iştirak ediblər.
İlk olaraq federasiyanın mətbuat katibi Sənan Əliyev son mövsümün hesabatını təqdim edib. O, federasiyanın ötən mövsümdə həyata keçirdiyi layihələr, beynəlxalq turnirlərdə qazanılan uğurlar və yaxın gələcəkdə planlaşdırılan yeniliklər barədə ətraflı məlumat verib.
Daha sonra isə açılış nitqi ilə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə basketbolun inkişaf istiqamətləri və bu sahədə atılan addımlardan bəhs edib. O, Azərbaycan basketbolunun milli və klub səviyyəsində beynəlxalq müstəvidə böyüyən uğurlarından da söz açıb.
ABF prezidenti Emin Əmrullayev çıxışında federasiyanın fəaliyyət prinsiplərinə toxunub və yerli çempionatın daha da rəqabətli olmasından danışıb:
“Basketbolun ölkəmizdə kütləviləşməsi və klubların dayanıqlı inkişafı bizim üçün əsas prioritetdir. Basketbol Federasiyası olaraq davamlı nəticə əldə etmək üçün ikirəqəmli müddət gərəkdir. Biz harada qısa müddətdə uğur qazanmaq imkanımızın olduğunu yaxşı anlayırıq. 3x3 qadın basketbolu buna əsas nümunədir. ABL-də iştirak edən 4 klubun Avrokuboklarda mübarizə aparmasını da nəzərə alsaq, 8 klublu bu çempionat ötən mövsümlərlə müqayisədə daha da rəqabətli olacaq.”
Tədbirin sonunda federasiya prezidenti Emin Əmrullayev federasiyanın rəsmi tərəfdaşlarına və hakimlərə xüsusi hədiyyələr təqdim edib. Ardınca media nümayəndələri üçün brifinq təşkil olunub. Jurnalistlərin suallarını cavablandıran federasiya rəhbəri yeni mövsümün basketbol ictimaiyyəti üçün daha da maraqlı olacağına inandığını bildirib.
Qeyd edək ki, ölkəmizdə yeni basketbol mövsümü 30 sentyabr tarixində start götürəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Elnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
15.11.2026, 04:45 Olimpiya oyunları
-
Adil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
15.11.2026, 04:39 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
15.11.2026, 04:31 Olimpiya oyunları
-
Anar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
15.11.2026, 04:25 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
15.11.2026, 03:40 Olimpiya oyunları
-
Tapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
14.11.2026, 15:06 Gündəm
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
13.11.2026, 23:32 Olimpiya oyunları
-
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
13.11.2026, 15:00 Olimpiya oyunları
-
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
13.11.2026, 13:30 Boks
-
Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
13.11.2026, 12:09 Olimpiya oyunları
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
13.11.2026, 10:45 Futbol
-
Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
13.11.2026, 00:38 Şahmat
-
Qılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
12.11.2026, 23:20 Olimpiya oyunları
-
Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
12.11.2026, 23:03 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım"
12.11.2026, 17:48 Olimpiya oyunları
-
Azərbaycan komandası Avropa çempionatında ikinci yeri tutub
12.11.2026, 17:30 Gündəm
-
Boksçumuz Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazandı
12.11.2026, 16:13 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
12.11.2026, 13:26 Olimpiya oyunları
-
Azərbaycan konstitusiyası - dövlətçilik tariximizin, suverenliyimizin və milli iradəmizin təcəssümü
12.11.2026, 12:59 Olimpiya dünyası
-
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
12.11.2026, 10:28 Gündəm
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
12.11.2026, 02:30 Gündəm
-
Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”
12.11.2026, 00:10 Olimpiya oyunları
-
Boksçumuz Dakar-2026-da final görüşünə çıxacaq
11.11.2026, 23:23 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısının 12-ci pilləsində qərarlaşır
11.11.2026, 23:09 Olimpiya oyunları
-
Azərbaycan taekvondoçusu Dakar-2026-da gümüş medal qazandı
11.11.2026, 21:56 Olimpiya oyunları
-
Taekvondoçumuz Dakar-2026-nın finalında
11.11.2026, 20:24 Olimpiya oyunları
-
Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
11.11.2026, 18:24 Cüdo
-
Dakar-2026: Taekvondoçumuz finalın bir addımlığında
11.11.2026, 17:00 Olimpiya oyunları
-
Dakar-2026: Boksçumuz finala vəsiqə qazandı
11.11.2026, 16:45 Olimpiya oyunları
-
Bu gün iki idmançımız Dakar-2026-da mübarizə aparacaq
10.11.2026, 23:55 Olimpiya oyunları
-
Dakar-2026: Komandamız ilk "onluğ"u tərk etdi
10.11.2026, 23:21 Olimpiya oyunları
-
Velosipedçimiz Dakar-2026-da çıxışını başa vurdu
10.11.2026, 17:24 Olimpiya oyunları
-
Şose velosipedçimiz Dakar-2026-da növbəti yarışa qatılacaq
10.11.2026, 09:00 Olimpiya oyunları
-
Tunar Quliyev: “Son saniyəyə qədər mübarizə apardım və arzuladığım qələbəni qazandım”
10.11.2026, 04:18 Olimpiya oyunları