Futbola həsr olunan ömür
Olimpiya dünyası
23.09.2026, 15:23
Azərbaycan futbolunun inkişafında zəhməti, təşkilatçılığı və məşqçilik fəaliyyəti ilə iz qoymuş şəxslərdən biri də Çingiz Yavər oğlu Həşimovdur. Ömrünün böyük hissəsini futbola, idmana və ictimai fəaliyyətə həsr edən Çingiz Həşimov uzun illər ərzində həm futbolçu, həm məşqçi, həm də idman təşkilatçısı kimi fəaliyyət göstərib.
Çingiz Həşimov 1946-cı il iyulun 11-də Masallı rayonunda anadan olub. Onun futbolda ilk addımları ötən əsrin 60-cı illərinə təsadüf edir. 1965-ci ildə Biləcəri DEPO-sunun “Lokomotiv” komandasında çıxış edən Çingiz Həşimov B divizionunda SSRİ birinciliyində mübarizə aparıb. Futbolçu kimi qazandığı təcrübə sonrakı illərdə onun məşqçilik və təşkilatçılıq fəaliyyətinin formalaşmasında mühüm rol oynayıb.
1969-cu ildə Masallı rayon İdman Komitəsinin sədri vəzifəsində çalışan Çingiz Həşimov idmanın rayon miqyasında inkişafına öz töhfələrini verib. 1970-ci ildə “Neftçi” futbol klubunun əvəzedicilər heyətində çıxış edib. 1973-cü ildə isə Özbəkistan SSRİ-nin Jizak rayon komandasının heyətində çempionluq sevinci yaşayıb.
Onun futbol karyerasında Zaqatalanın “Daşqın” və Lənkəranın “Xəzər” klublarında çıxış etdiyi illər də xüsusi yer tutur. 1979-cu ildə Zaqatalanın “Daşqın” komandası ilə SSRİ birinciliyində, 1980-ci ildə isə Lənkəranın “Xəzər” klubunun heyətində SSRİ birinciliyində mübarizə aparıb. 1983-cü ildə Masallının “Viləş” futbol klubunda məşqçi-futbolçu kimi fəaliyyət göstərib.
Çingiz Həşimov yalnız futbol meydanında deyil, idmanın təşkilati işlərində də fəallığı ilə seçilib. 1987-ci ildə “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin Masallı rayon şurasının sədri vəzifəsində çalışıb. Onun rəhbərliyi və iştirakı ilə rayonun müxtəlif idman tədbirlərinin keçirilib.
Çingiz Həşimovun idman fəaliyyətində Respublika “Sünbül” kubokunun üç dəfə sahibi olması da xüsusi qeyd edilməlidir. O, həmçinin ümumittifaq yarışlarında iştirak edib. İdman sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə 2001-ci ildə “Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və idman işçisi” fəxri adına layiq görülüb.
Onun fəaliyyətinin mühüm istiqamətlərindən biri də gənc futbolçuların hazırlanması olub. Məşqçi kimi perspektivli futbolçuların yetişdirilməsində əməyi olan Çingiz Həşimov bir sıra istedadlı oyunçuların yetişmələrində xidmətləri olub. Onun yetirmələri arasında müxtəlif illərdə “Neftçi”, “Kəpəz”, “Şəmkir” futbol klublarında, eləcə də Azərbaycan milli komandasında çıxış etmiş futbolçular yer alıb. Şakir Abdullayev, Qəhrəman Əliyev, Alay Bəhramov, Aqşin Həşimov və Sahib Yusubov onun məşqçilik fəaliyyətinin yetirmələri sayılır.
Çingiz Həşimovun ictimai fəaliyyəti də onun həyat yolunun mühüm səhifələrindəndir. O, Masallı şəhər Xalq Deputatları Sovetinin deputatı kimi də fəaliyyət göstərərək, rayonun ictimai həyatında fəal iştirak edib.
Futbolçu, məşqçi və idman təşkilatçısı kimi fəaliyyət göstərən Çingiz Həşimov uzun illər Azərbaycan futbolunun inkişafına xidmət edib. Onun idman həyatında futbol xüsusi yer tutub. Karyerası ərzində qazandığı təcrübəni gənc futbolçularla bölüşməsi və onların yetişməsinə dəstək olması fəaliyyətinin əsas istiqamətlərindən biri olub.
Olimpnews.az saytı olaraq yubilyarla əlaqə saxlayıb, onun fikirlərini öyrəndik. Çingiz Həşimov 80 illik yubileyi ərəfəsində ölkəmizdə idmanın inkişafını yüksək qiymətləndirərək deyib:
“Ömrümün 80-ci ilində ölkəmizdə idmanın inkişafını, Olimpiya Hərəkatının və futbolun böyük sürətlə irəliləməsini görmək məni sevindirir. İnanıram ki, bundan sonra da istedadlı idmançıların yetişməsi, onların düzgün istiqamətləndirilməsi və göstərilən diqqət nəticəsində ölkəmiz daha böyük idman uğurlarına nail olacaq. Arzum budur ki, Azərbaycan idmanı bundan sonra da yeni-yeni nailiyyətlərlə xalqımızı sevindirsin.”
Çingiz Həşimovu Olimpnews.az saytı adından 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
Bugün, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
Bugün, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
Bugün, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
Bugün, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Bugün, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
Bugün, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
Bugün, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
Bugün, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş
-
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
19.10.2026, 10:52 Basketbol
-
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
19.10.2026, 10:34 Olimpiya dünyası
-
Gimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
19.10.2026, 10:03 Gimnastika
-
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
19.10.2026, 09:38 Cüdo
-
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
18.10.2026, 09:05 Gündəm
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
18.10.2026, 01:20 Gündəm
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
17.10.2026, 18:14 Cüdo
-
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
17.10.2026, 00:55 Gündəm
-
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd edilib
17.10.2026, 00:47 Olimpiya dünyası