"Qərbi Azərbaycanın idman tarixi" monoqrafiyasının təqdimatı olub
Olimpiya dünyası
Bugün, 19:13
Noyabrın 3-də pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin "Qərbi Azərbaycanın idman tarixi" monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında (AİA) keçirilən tədbirdə Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini Eyvaz Hünbətov, Azərbaycan Vətən Müaribəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, monoqrafiyanın elmi redaktoru, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin rəhbəri, professor Cəbi Bəhramov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Himni səsləndirilib, daha sonra ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ümumilli lider Heydər Əliyevin və Azərbaycan Prezident İlham Əliyevin Qərbi Azərbaycan haqqında çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin aparıcısı Milli Olimpiya Komitəsinin mətbuat katibi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev monoqrafiyanın əhəmiyyəti haqqında məlumat verib.
Azərbaycan İdman Akademiyasının rektoru Fuad Haciyev çıxışında monoqrafiyanın Qərbi Azərbaycanın idman tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Dilqəm Quliyevin uzun illər ərzində topladığı tarixi məlumatların və apardığı araşdırmaların böyük dəyər kəsb etdiyini bildirib. Monoqrafiyanı tələbələr, idmançılar və tarixi araşdırmalar üçün əyani vəsait hesab edən rektor müəllifə bu dəyərli nəşrə görə təşəkkür edərək ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Monoqrafiyanın elmi redaktoru, professor Fərrux Rüstəmov çıxışında kitabın Qərbi Azərbaycanın tarixi və milli-mədəni irsinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, nəşrdə 206-dan çox mənbəyə istinad edilməsini yüksək qiymətləndirərək, əsərin elmi faktlar və tarixi sənədlər əsasında hazırlandığını diqqətə çatdırıb.
Tədbirdə həmçinin çıxış edən Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin rəhbəri Cəbi Bəhramov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Türk Ağsaqqaları İctimai Birliyinin sədr müavini Eyvaz Hünbətov və Göygol Rayon İrəvan İdman Klubunun savat üzrə dünya kubokunun qalibi Ağamirzə Mahmudbəyli çıxış edərək, Qərbi Azərbaycanın tarixi irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasında monoqrafiyanın vacibliyini vurğulayıblar. Çıxış edənlər Dilqəm Quliyevin ərsəyə gətirdiyi monoqrafiyanın bu istiqamətdə mühüm töhfə olduğunu bildirərək, müəllifə təşəkkürünü çatdırıb və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirin sonunda çıxış edən kitabın müəllifi Dilqəm Quliyev tədbirin təşkilinə və monoqrafiyanın nəşrinə dəstək göstərən hər kəsə minnətdarlığını bildirib. O, çıxışında Qərbi Azərbaycanın tarixi torpaqlarımız olduğunu vurğulayaraq, bu irsin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib. Müəllif bildirib ki, Qərbi Azərbaycan idman tarixinin araşdırılması gənc nəslin maarifləndirilməsi, eləcə də idman ictimaiyyətinin tarixi yaddaşının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. O, monoqrafiyanın hazırlanmasında elmi redaktorların, alimlərin, tərcüməçilərin və digər şəxslərin əməyini yüksək qiymətləndirib.
Tədbirdə həmçinin Qərbi Azərbaycan İcmasının dəstəyi ilə təsis edilmiş Göygöl Rayon İrəvan İdman Klubunun üzvləri nümunəvi çıxış ediblər.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Qərbi Azərbaycanın idman tarixi" monoqrafiyasının təqdimatı olub
Bugün, 19:13 Olimpiya dünyası
-
Dakar-2026: Süleyman İsmayılzadə çıxışını başa vurub
Bugün, 14:38 Olimpiya oyunları
-
Dakar-2026: Bu gün daha bir bayraqdarımız üzgüçülük yarışlarında mübarizəyə başlayır
Bugün, 09:12 Olimpiya oyunları
-
Nicat Şıxəlizadə: "İnanıram ki, bu nailiyyət gənclər və böyüklər arasında da davam edəcək"
Bugün, 04:19 Müsahibə
-
İbrahim Talıbov: "Gələcəkdə əsas hədəfim böyüklər arasında da Olimpiya çempionu olmaqdır"
Bugün, 03:54 Müsahibə
-
Emin İskəndərov: "İnanıram ki, İbrahim bundan sonra da böyük uğurlar qazanacaq"
Bugün, 03:50 Müsahibə
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdıb
Bugün, 03:33 Olimpiya oyunları
-
Dakar-2026: Yaponiya və Rusiya komandaları liderliyi bölüşür - MEDAL SİYAHISI
02.11.2026, 22:32 Olimpiya oyunları
-
Xankəndidə cüdo seminarı keçirilib
02.11.2026, 19:05 Cüdo
-
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
02.11.2026, 18:49 Cüdo
-
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
02.11.2026, 18:19 Su idman növləri
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdır
02.11.2026, 17:57 Olimpiya oyunları
-
Azərbaycanın U-16 voleybol yığmaları Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
02.11.2026, 16:54 Voleybol
-
Dakar-2026: Azərbaycan üzgüçüsü finala vəsiqə qazana bilmədi
02.11.2026, 14:25 Olimpiya oyunları
-
Bakıda “Zəfər Kuboku” karate turniri keçirilib
02.11.2026, 13:22 Olimpiya dünyası
-
Kağız jurnaldan bulud texnologiyasına: AİA-da elektron jurnal reallığı
02.11.2026, 13:00 Olimpiya dünyası
-
Deflimpiyaçılarımız Avropa çempionatında 3 qızıl medal qazanıblar
02.11.2026, 12:34 Olimpiya dünyası
-
Zəka sahiblərimiz Avropa çempionatında iştirak edəcəklər
02.11.2026, 11:35 Şahmat
-
Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək
02.11.2026, 11:21 Olimpiya dünyası
-
Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
02.11.2026, 11:00 Boks
-
Dakar-2026: Bayraqdarımız bu gün üzgüçülük yarışlarında mübarizəyə başlayır
02.11.2026, 09:10 Olimpiya oyunları
-
İbrahim Talıbov: “Çox sevinirəm ki, Vətənə medalla qayıdıram”
02.11.2026, 00:44 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandası ikinci pillədə qərarlaşır - MEDAL SİYAHISI
01.11.2026, 22:27 Olimpiya oyunları
-
Emin İskəndərov: “İbrahim verdiyi sözə əməl etdi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu oldu”
01.11.2026, 21:20 Müsahibə
-
Azərbaycan komandası Dakar-2026-da ilk qızıl medalını qazandı
01.11.2026, 20:14 Gündəm
-
Güləşçimiz dünya çempionatında bürünc medal qazandı
01.11.2026, 18:20 Gündəm
-
Dakar-2026: Cüdoçumuz finala vəsiqə qazandı
01.11.2026, 15:07 Cüdo
-
Cüdoçumuz Dakar-2026-ya qələbə ilə başladı
01.11.2026, 14:22 Olimpiya oyunları
-
“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib
01.11.2026, 14:00 Gündəm
-
Azərbaycan komandasının ilk idmançısı Dakar-2026-da mübarizəyə başlayır
01.11.2026, 09:44 Olimpiya oyunları
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
01.11.2026, 00:34 Olimpiya oyunları
-
Cüdo millimiz Avropa çempionatını birinci pillədə tamamladı
31.10.2026, 22:14 Cüdo
-
Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib
31.10.2026, 22:04 Olimpizm xəbərləri
-
Millimizin bütün təmsilçiləri cüdo üzrə Asiya Kubokunda mükafatçılar sırasında yer aldılar
31.10.2026, 21:47 Cüdo