Zəfər Gününə həsr olunmuş “AzMİU IV Zəfər İdman Festivalı”na yekun vurulub
Olimpiya dünyası
05.11.2026, 23:09
Azərbaycan Memarlıq və İnşaat Universitetinin İdman Klubunun və AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən “AzMİU IV Zəfər İdman Festivalı”na yekun vurulub.
Olimpnews.az xəbər verir ki, oktyabrın 26-da start götürən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş festivalın bu gün mükafatlanma və bağlanış mərasimi keçirilib. 300 nəfərə yaxın tələbə-idmançının iştirak etdiyi festivalın son günündə futzal yarışlarının qalibləri müəyyənləşib.
Belə ki, üçüncü yer uğrunda qarşılaşmada MİT fakültəsinin komandası "İnşaatçı" kollektivinə qalib gələrək festivalın bürünc medallarına sahib olub. Daha sonra keçirilən final qarşılaşmasında "Nəqliyyat" fakültəsinin komandası ST və MKS üzərində inamlı qələbə qazanaraq dördüncü dəfə keçirilən ənənəvi Zəfər İdman Festivalının qalibi olub. Final görüşündən sonra 11 gün davam edən “AzMİU IV Zəfər İdman Festivalı"nın voleybol (oğlanlar və qızlar), basketbol 3X3 (oğlanlar və qızlar), güləş və futzal yarışlarında yer tutan komandaların və idmançı tələbələrin mükafatlandırılma mərasiminə başlanılıb. Mərasimdə fəxri qonaq qismində bu yaxınlarda Qazaxıstanın paytaxtı Astanada keçirilən yunan-Roma güləşi üzrə 5 qat dünya çempionu olmuş Eldəniz Əzizli, futbol üzrə U18 milli komandamızın baş məşqçisi Mahmud Qurbanov, qapıçılar üzrə məşqçi Nadir Şükürov və futbol üzrə milli komandamızın keçmiş kapitanı, Tərlan Əhmədov da iştirak edib. Fəxri qonaqlar festivalda qalib olan tələbə-idmançıları təbrik edərək onlara tədris işlərində uğurlar arzulayıb. Mərasimdə, həmçinin AzMİU THİK-in sədri Şahmar Rəfili və İdman Klubunun rəhbəri Ramin Allahverdiyev universitetin rektoru professor Gülçöhrə Məmmədova başda olmaqla festivalın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Sonda Zəfər Festivalında yer tutmuş qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub. Bağlanış mərasiminə atəşfəşanlıqla yekun vurulub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zəfər Gününə həsr olunmuş “AzMİU IV Zəfər İdman Festivalı”na yekun vurulub
05.11.2026, 23:09 Olimpiya dünyası
-
Avropa çempionatından əvvəl MOK-da könüllülərlə görüş təşkil olunub
05.11.2026, 16:01 Olimpiya dünyası
-
Dakar-2026: Olimpiya kəndi Oyunlardan sonra tələbə şəhərciyinə çevriləcək
05.11.2026, 13:20 Olimpizm xəbərləri
-
DÇ-2028: Futzal millimiz bu gün Çexiya komandası ilə qarşılaşacaq
05.11.2026, 13:12 Futbol
-
Dakar-2026-da mədəni irs simvolu
05.11.2026, 13:00 Olimpizm xəbərləri
-
Şahmatçımız U-20 dünya çempionatında bürünc medal qazandı
05.11.2026, 12:49 Şahmat
-
Dakar-2026: 6 min yer üçün 23 mindən çox könüllü müraciət edib
05.11.2026, 12:41 Olimpizm xəbərləri
-
Dakar-2026-da tarixi an: Qaçqınlar komandası Yeniyetmələrin Olimpiya Oyunlarında ilk dəfə iştirak edir
05.11.2026, 12:21 Olimpizm xəbərləri
-
Dakar-2026-da yayım rekordu
05.11.2026, 12:04 Olimpiya oyunları
-
BOK prezidenti Kristi Koventri Dakar-2026-da uşunun Olimpiya debütünü yaxından izləyib
05.11.2026, 11:45 Olimpiya oyunları
-
Dakar-2026: Gənc idmançılar BOK prezidentini avarçəkmə idman növü ilə tanış ediblər
05.11.2026, 11:35 Olimpiya oyunları
-
Yeniyetmə cüdoçular Bakı birinciliyində bir araya gələcəklər
05.11.2026, 11:10 Cüdo
-
Fərid Qayıbov Avropa Şurasının idmana məsul nazirlərinin 19-cu iclasında çıxış edib
05.11.2026, 10:56 Olimpiya dünyası
-
"DH Volley" komandası CEV Çelenc Kubokunda cavab oyununa çıxacaq
05.11.2026, 10:08 Voleybol
-
Çempionlar Liqası: "Sabah" Norveç səfərindən məğlubiyyətlə qayıdır
05.11.2026, 02:00 Olimpiya oyunları
-
Dakar-2026: Çimərlik güləşi və şosse velosipedi üzrə idmançılarımız Seneqaldadır
04.11.2026, 14:48 Olimpiya oyunları
-
BOK prezidenti "Dakar-2026" qayayadırmanma stendini fəth edib
04.11.2026, 13:35 Olimpiya oyunları
-
Azərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
04.11.2026, 13:03 Futbol
-
Federasiya prezidenti Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
04.11.2026, 12:54 Voleybol
-
Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"in qonağı olacaq
04.11.2026, 10:00 Futbol
-
Baş məşqçi Ruslan Hətəmxanov üzgüçülərimizin Dakar-2026-dakı çıxışlarını dəyərləndirib
04.11.2026, 01:05 Olimpiya oyunları
-
Məryəm Cavadova: "Yeniyetmələrin Yay Olimpiya Oyunlarındakı çıxışımı yaxşı təcrübə kimi qiymətləndirirəm"
04.11.2026, 00:33 Olimpiya oyunları
-
Süleyman İsmayılzadə Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirib
04.11.2026, 00:19 Olimpiya oyunları
-
"Qərbi Azərbaycanın idman tarixi" monoqrafiyasının təqdimatı olub
03.11.2026, 19:13 Olimpiya dünyası
-
Dakar-2026: Süleyman İsmayılzadə çıxışını başa vurub
03.11.2026, 14:38 Olimpiya oyunları
-
Dakar-2026: Bu gün daha bir bayraqdarımız üzgüçülük yarışlarında mübarizəyə başlayır
03.11.2026, 09:12 Olimpiya oyunları
-
Nicat Şıxəlizadə: "İnanıram ki, bu nailiyyət gənclər və böyüklər arasında da davam edəcək"
03.11.2026, 04:19 Müsahibə
-
İbrahim Talıbov: "Gələcəkdə əsas hədəfim böyüklər arasında da Olimpiya çempionu olmaqdır"
03.11.2026, 03:54 Müsahibə
-
Emin İskəndərov: "İnanıram ki, İbrahim bundan sonra da böyük uğurlar qazanacaq"
03.11.2026, 03:50 Müsahibə
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdıb
03.11.2026, 03:33 Olimpiya oyunları
-
Dakar-2026: Yaponiya və Rusiya komandaları liderliyi bölüşür - MEDAL SİYAHISI
02.11.2026, 22:32 Olimpiya oyunları
-
Xankəndidə cüdo seminarı keçirilib
02.11.2026, 19:05 Cüdo
-
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
02.11.2026, 18:49 Cüdo
-
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
02.11.2026, 18:19 Su idman növləri