Meksikalı Maurisio Süleyman yenidən Ümumdünya Boks Şurasının (WBC) prezidenti seçilib. WBC-nin məlumatında qurumun İdarə Heyətinin üzvlərinin yekdilliklə M.Süleymanın lehinə səs verdikləri bildirilib. O, 2014-cü ilin fevralından WBC-nin rəhbəri vəzifəsində çalışır. Ondan əvvəl isə təşkilatın prezidenti vəzifəsini atası Xose Süleyman tutub. X.Süleyman 39 il WBC-yə rəhbərlik edib.