Cüdo üzrə kişilər və qadınlardan ibarət milli komandamızın üzvləri açıq havada təlim-məşq prosesini davam etdirirlər. Məşqlər pandemiya qaydalarına ciddi əməl olunmaqla gündə iki dəfə təşkil olunur. Baş məşqçilər Ruslan Maşurenko və Rəşad Məmmədovun rəhbərliyi altında yüksək səviyyədə keçirilən məşqlərdə milli komandamızın bütün aparıcı üzvləri iştirak edir.
Qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyasının son açıqladığı təqvim planına uyğun olaraq, oktyabrda Macarıstanın paytaxtı Budapeştdə Qran-pri, gələn ilin yanvar ayında isə Qətərdə nüfuzlu “World Masters” beynəlxalq yarışlarının keçirilməsi nəzərdə tutulub. Həmçinin Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə noyabrda Çexiyada Respublikasında Avropa çempionatının keçirilməsi planlaşdırılır.
Cüdoçularımız açıq havada təlim-məşq prosesini davam etdirirlər