İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayacaq.73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev 1/16 finalda Avstriya təmsilçisi Lukas Rayterlə üz-üzə gələcək.
81 kq-da yarışan Hidayət Heydərov 1/8 finalda rumıniyalı Marsel Çerçanın, eyni çəkidəki Zelim Tskayev isə 1/16 finalda İsraildən olan Ben Haroçun müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusundan Davud Məmmədsoy (60 kq) qızıl medal əldə edib. 66 kq-dakı Nicat Şıxəlizadə isə yeddinci olub.
Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır