MDB Oyunları ilə bağlı iclas keçirilib
BOK
08.04.2021, 16:50
2021-ci il sentyabrın 4-dən 11-dək Kazanda keçiriləcək MDB ölkələrinin I Oyunlarının iştirakçıları 16 idman növü üzrə 193 dəst medal uğrunda mübarizə aparacaqlar. Bu barədə videokonfrans formatında keçirilən Oyunların hazırlanması və keçirilməsi üzrə İşçi Qrupunun iclasında məlumat verilib. İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər. İşçi Qrupu, Rusiya Federasiyasının İdman Nazirliyi və Tatarıstan Respublikasının İdman Nazirliyi tərəfindən yarışların müəyyən edilmiş müddətlərdə və tam həcmdə hazırlanması üzrə tədbirlərin həyata keçirildiyini qeyd edərək, Oyunların keçirilməsinin Reqlamentinin dəqiqləşdirilmiş layihəsini bütövlükdə bəyəniblər. Bədən tərbiyəsi və idman sahəsində dövlət hakimiyyəti orqanlarının mayın 4-dək Rusiya İdman Nazirliyinə MDB ölkələrinin I Oyunlarına idman nümayəndə heyətləri rəhbərlərinin namizədlərinə dair təkliflər göndərməsini, Oyunlarda iştirak etmək üçün ərizələrin verilməsinin təmin edilməsini xahiş etmək qərara alınıb. MDB ölkələrinin Oyunları 2019-cu ilin oktyabrında Birlik Hökumət Başçıları Şurasının qərarı ilə təsis edilib. Onların keçirilməsi MDB-nin mədəni-idman potensialını artırmağa, ölkələr arasında çoxtərəfli dialoqun inkişafı üçün səmərəli meydan əldə etməyə imkan verəcək. Oyunların iki ildən bir növbə ilə MDB dövlətlərinin hər birində keçirilməsi planlaşdırılır. Bununla belə həm Birlik ölkələrindən, həm də digər dövlətlərdən olan komandalar iştirak edə bilərlər. Yarışların proqramını Oyunlar haqqında Əsasnaməyə əsasən təşkilatçı ölkə müəyyən edəcək. MDB ölkələrinin Kazanda keçiriləcək I Oyunlarında 23 yaşadək 3 minə yaxın idmançının iştirak edəcəyi planlaşdırılır. Tədbirlərin keçirilməsi üçün 12 idman obyekti fəaliyyət göstərəcəkdir. MDB ölkələrinin I Oyunlarının loqosu Simürq quşu oldu, Bəbir talisman seçildi. Oyunlar çərçivəsində bədən tərbiyəsi və idmanın inkişafı məsələlərinə dair işgüzar proqram tədbirlərinin, eləcə də MDB–nin iştirakçı-dövlətlərinin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Sazişin iştirakçılarının bədən tərbiyəsi və İdman Şurasının növbəti iclasının keçirilməsi planlaşdırılır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol