“Neftçi”dən ilk transfer

“Neftçi”dən ilk transfer

Futbol üzrə Azərbaycan Premyer Liqasının son çempionu “Neftçi” mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.
Ölkə futbolunun flaqmanı paraqvaylı futbolçu Sezar Meza Kollini heyətinə qatıb. 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik - 2022/2023-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb. O, “ağ-qaralar”ın heyətində 10 nömrəli forma adı altında çıxış edəcək.
Qeyd edək ki, son klubu "Keşlə" (2013-2016, 2018, 2019-2021) olan Sezar Meza Kolli 2016/2017 mövsümündə “Zirə”də oynayıb. O, bundan başqa İtaliyanın “Çezena” (2011-2012), “Pavia” (2012-2013), İspaniyanın “Alaves” (2012) və Rumıniyanın “Universitatya Krayova” (2018) klublarında çıxış edib.