Tokio-2020 ərəfəsində zədələnərək Oyunlardan kənarda qalan sərbəst güləşçimiz Hacımurad Hacıyevi (74 kq) yeniyetmə və gənclər arasında Avropa çempionumuz Turan Bayramov əvəzləyəcək.
Artıq güləşçimizin adı Dünya Güləş Birliyinin (UWW) rəsmi saytında yarışın iştirakçıları siyahısında göstərilib.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.
Dünya Güləş Birliyi Turan Bayramovun Olimpiadada iştirakını təsdiqlədi