Azərbaycanın qadın idman gimnastı Marina Nekrasova Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub. 26 yaşlı idmançı fərdi çoxnövçülükdə 4 hərəkətin cəmində 48.232 bal toplayaraq, 68 iştirakçı arasında 55-ci yeri tutub. Halbuki finala yüksəlmək üçün ilk "24-lüy"ə düşmək lazım idi.
O, müxtəlif hündürlüklü qollarda 10,833 bal, dayaqla tullanmada 13,133 bal, gimnastika tirində 12,666 bal, xalça üzərində sərbəst hərəkətlərdə 12.000 bal yığıb.
Nekrasova ayrı-ayrı hərəkətlərdə də ilk "8-liy"ə düşmədiyi üçün finala çıxmağı bacarmayıb.
Qeyd edək ki, daha əvvəl kişi idman gimnastı İvan Tixonov 80.298 xalla 45-ci yeri tutub. Beləliklə, Tokio-2020-yə yollanan Azərbaycanın hər iki idman gimnastı mübarizəni dayandırıb.