Şahmatçılarımız liderlər qrupunda qərarlaşıblar

Şahmatçılarımız liderlər qrupunda qərarlaşıblar

BOK

19.10.2021, 11:08

Müxtəlif yaş qrupları üzrə keçirilən onlayn Avropa çempionatında 6-cı tura yekun vurulub. 18 yaşlı şahmatçıların yarışında Uğur İlyaslı (oğlanlar), 16 yaşlıların turnirində Ayan Allahverdiyeva (qızlar), 10 yaşlılarda isə Səadət Bəşirli (qızlar) 5,5 xalla birinci pillədə qərarlaşıblar. Digər şahmatçılarımızdan Mələk İsmayıl (18 yaş, qızlar), Şiroğlan Talıbov (16 yaş, oğlanlar), Nərmin Abdinova (14 yaş, qızlar), Cahandar Azadəliyev (12 yaş, oğlanlar) isə 4,5 xalla ön sıralarda yer alıblar. Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR