“Futbol kralı” xəstəxanadan evə buraxıldı

“Futbol kralı” xəstəxanadan evə buraxıldı

Futbol üzrə üçqat dünya çempionu Pele kimya terapiyası keçdikdən sonra xəstəxanadan evə buraxılıb. “Futbol kralı” vəziyyətinin hazırda sabit olduğu bildirilir. 82 yaşlı keçmiş hücumçunun daha əvvəl San Paulu klinikasında bir neçə gün ərzində kimya terapiyası ilə yanaşı, yaranma ehtimalı olan yeni toxumaların üzə çıxarılması üçün müayinələrin aparıldığını xəbər verib. Onun bağırsaqlarında və qara ciyərində şişlər, ağ ciyərində isə şişin başlanğıc mərhələdə olduğu aşkarlanıb.

2021-ci ilin sentyabrında Pele şişin götürülməsi üçün əməliyyat olunub. Dekabrın 8-də isə o, müalicə keçməkdən ötrü planlı şəkildə xəstəxanaya yerləşdirilib.