Los-Anceles-2028: boks siyahidan çıxarılacaq?

Los-Anceles-2028: boks siyahidan çıxarılacaq?

Boks yarışları 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına salınmaya bilər. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyova göndərdiyi məktubda bildirilib.
Qeyd olunub ki, IOC IBA-nın Rusiyanın enerji şirkəti "Qazprom"dan maliyyə asılılığından ciddi narahatdır: "Hazırda boks olimpiadanın proqramına daxil edilməyib. Hazırkı vəziyyəti nəzərə alaraq, IOC-un İcraiyyə Şurası bu qərarı ləğv etmək iqtidarında deyil və ciddi narahatlıqla IBA rəhbərliyinə müşahidəsini davam etdirəcək".
Xatırladaq ki, Los-Anceles olimpiadasının 21 iyuldan 6 avqustadək keçirilməsi nəzərdə tutulub.