Bakıda idman paradı təşkil olunub
Olimpizm xəbərləri
05.03.2023, 15:12
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakıda idman paradı təşkil olunub. Paradda Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri, idman veteranları, Olimpiya və Paralimpiya oyunlarının mükafatçıları, federasiyaların təmsilçiləri, idman səfirləri və həvəskarlar iştirak ediblər. İdman paradının minlərlə iştirakçısı Dənizkənarı Milli Parkda - “Şeytan çarxı”nın (Bakının gözü) qarşısından “Dinamo" parkınadək yürüş ediblər. Paradda üçrəngli bayrağımızı Olimpiya çempionu Elnur Məmmədli aparıb. Yürüş başa çatdıqdan sonra təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbriklərini çatdırıb. Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib. İdman səfirlərinin (Aynur İmanova, Hacı Əliyev, Maksim Medvedev, Tofiq Musayev, Elnur Məmmədli, İlham Zəkiyev, Aliyə Paşayeva) təqdimatından sonra Paralimpiya çempionu İlham Zəkiyev idmançılar adından çıxış edərək əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib. Tədbirin bədii hissəsində karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi Füzuli Musayev “Qəhrəman əsgər” mahnısını oxuyub. Ardınca brek-dans, kapoeyra, akrobatika gimnastikası növləri üzrə milli komandanın üzvlərinin nümunəvi çıxışları olub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avarçəkənimiz Avropa çempionu olub
12.06.2026, 15:17 Su idman növləri
-
"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
12.06.2026, 13:52 Futbol
-
AOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
12.06.2026, 13:21 MOK
-
DÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
12.06.2026, 12:58 Gündəm
-
Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
12.06.2026, 11:45 Olimpiya dünyası
-
Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
12.06.2026, 11:04 Basketbol
-
Kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
12.06.2026, 10:52 Voleybol
-
Dünya Kuboku: Cənubi Koreyadan əzmkar qələbə
12.06.2026, 09:33 Futbol
-
Stolüstü tennis üzrə Liqa turniri başa çatıb
12.06.2026, 08:55 Tennis
-
Meksika Dünya Kubokunun açılış oyununda qalib gəldi
12.06.2026, 01:22 Futbol
-
Mourinyo yenidən "Real"da
12.06.2026, 00:09 Futbol
-
Dünya çempionatının açılış mərasimi keçirilib
11.06.2026, 22:58 Gündəm
-
Basketbol millimiz dünya reytinqində ilk pilləyə yüksəlib
11.06.2026, 22:14 Basketbol
-
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
11.06.2026, 14:40 Olimpiya dünyası
-
Sevdiyim komanda mənə əzizdir, futbol isə ondan da əzizdir
11.06.2026, 09:59 Gündəm
-
Azərbaycan boks tarixində ilk
09.06.2026, 17:35 Gündəm
-
MOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
09.06.2026, 12:49 MOK
-
"Judo Club 2012" klubunda ümumrespublika seminarı keçirilib
09.06.2026, 11:51 Olimpiya dünyası
-
Millimiz bu gün San Marino yığması ilə qarşılaşacaq
09.06.2026, 10:26 Futbol
-
Olimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
08.06.2026, 22:14 Son xəbər
-
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
08.06.2026, 19:51 AMADA
-
MPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
08.06.2026, 19:16 Olimpiya dünyası
-
Azərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
08.06.2026, 18:59 Olimpiya dünyası
-
Qəhrəmanlıq tariximizə şərəf qatanlar
08.06.2026, 18:05 Olimpiya dünyası
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib
08.06.2026, 16:25 Futbol
-
Azərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək
08.06.2026, 15:55 Tennis
-
Azərbaycan kanoeçisi Avropa çempionatında mübarizə aparacaq
08.06.2026, 15:37 Olimpizm xəbərləri
-
Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazandılar
08.06.2026, 15:21 Gimnastika
-
Millimizin baş məşqçisi Vyetnamda təlim keçib
08.06.2026, 13:25 Güləş
-
Məşqçilər üçün seminar təşkil edilib
08.06.2026, 12:32 Taekvondo
-
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
08.06.2026, 11:49 Güllə atıcılığı
-
Helsinborqda bürünc medal
08.06.2026, 11:40 Tennis
-
Şahmatçımızdan uğurlu başlanğıc
08.06.2026, 10:47 Olimpizm xəbərləri
-
Bakıda keçirilən beynəlxalq tennis turniri başa çatıb
08.06.2026, 10:10 Tennis