III Avropa Oyunları: yığmamızın rəqibləri bəlli oldu

III Avropa Oyunları: yığmamızın rəqibləri bəlli oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Polşada keçiriləcək III Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib.

Polşanın Krakov şəhərində təşkil olunacaq Avropa Oyunlarının çimərlik futbolu yarışlarında bütövlükdə 8 ölkənin yığması mübarizə aparacaq. Azərbaycan millisi ilə yanaşı, İspaniya, İtaliya, Polşa, Moldova, Portuqaliya, İsveçrə və Ukrayna yığmaları da çempionluq üçün yarışacaq.

Çimərlik futbolu yarışları iyunun 27-dən iyulun 2-dək davam edəcək.