Emin Cəfərov: “Yenidən köhnə qaydalara qayıdacağıq”
BOK
18.04.2023, 15:17
Paytaxtımız atıcılıq üzrə dünya kuboku yarışına hazırlaşır. Mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışda atletlər güllə atıcılığı üzrə 10 növdə mübarizə aparacaqlar. Bakıda keçiriləcək atıcılıq üzrə dünya kuboku yarışlarında iştirak üçün 61 ölkədən 650-yə yaxın idmançı müraciət edib. Atletlərlə yanaşı, yarışlarda 300 nəfər texniki heyət də iştirak edəcək. Bugünlərdə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərovla görüşüb, dünya kubokuna hazırlıq və federasiyanın gələcək planları barədə danışdıq. - Emin müəllim, paytaxtımız atıcılıq üzrə növbəti dünya kubokuna hazırlaşır. Yarışa hazırlıq prosesi necə gedir?
- Hazırda dünya kubokuna hazırlıq prosesi öz qaydası üzrə gedir. Bu barədə Bakı Atıcılıq Mərkəzi və Azərbaycan Atıcılıq Federasiyası tərəfindən heç bir problem yoxdur. Mütəmadi olaraq Beynəlxaq Atıcılıq İdmanı Federasiyasının nümayəndələri ilə əlaqə qurub, fikir mübadiləsi aparırıq. Bir neçə gün əvvəl beynəlxalq qurumun baş katibi ölkəmizə səfər etmişdi. Görüş zamanı bu istiqamətdə bütün məsələləri müzakirə etdik. Əminliklə deyə bilərəm ki, may ayının əvvəlində kompleks və federasiya dünya kuboku yarışını Bakıda qəbul etməyə tam hazır olacaq. Bu günə qədər 61 ölkədən 650-yə yaxın idmançı öz iştirakını təsdiqləyib. Lakin bu say hələ son deyil. Növbəti günlərdə iştirakçı ölkələrin artacağı gözlənilir. Komandamız isə bu yarışda 22 idmançı ilə təmsil olunacaq. İdmançılar Bakıda atıcılığın 10 növü üzrə 36 dəst medal uğrunda mübarizə aparacaqlar. - Bu yaxınlarda Beynəlxalq Atıcılıq İdmanı Federasiyası öz saytında Paris-2024 Yay Olimpiya Oyunlarında reallaşdırılacaq yeniliklərin ilk olaraq Bakıdakı yarışda tətbiq ediləcəyi ilə bağlı açıqlama vermişdi. İstərdik ki, bu barədə məlumat verəsiniz. Həmin qaydalar hansılardır?
- Düzdür, beynəlxalq qurum öz səhifəsində turnirlərin yeni qaydalar əsasında həyata keçiriləcəyini açıqlamışdı. Bakıda keçiriləcək dünya kuboku da istisna deyil. Bu qaydalar yalnız Olimpiya növlərinə aid olunur. Məncə, buna yeni qayda demək, bir qədər çətindir. Belə ki, ötən ilin may ayında Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının keçmiş rəhbərliyi tərəfindən yeni qaydalar təsdiq olunmuşdu. Hazırda beynəlxalq federasiyada rəhbər dəyişikliyi olub. Yeni rəhbərlik isə qərara gəlib ki, yarışları Tokio-2020-nin formatına qaytarsın. Yəni 2021-ci ildə Tokioda təşkil olunan olimpiadada atıcılıq yarışları hansı qayda ilə keçirilibsə, yenidən həmin qaydaya qayıtmaq istəyirlər. Hətta Beynəlxalq Olimpiya Komitəsindən də bu barədə razılıq alınıb. Bir sözlə, mayın 8-də Bakıda start götürəcək yarışlarda yenidən köhnə qaydalara qayıdacağıq. - Federasiyanın idmançısı Ruslan Lunyov Paris Olimpiadasına lisenziya əldə etdi. İdmançımızın olimpiadadakı şanslarını necə dəyərləndirirsiniz?
- Ruslan artıq son illərdə stabil nəticələr göstərir. Dünya reytinqinin həm 10 metr pnevmatik tapança növündə, həm də 25 metr tapançadan sürətli atəş növündə “top onluq”da yer alıb. Onun artıq böyük təcrübəsi var. Son illərdə göstərdiyi stabil nəticələr, əldə etdiyi lisenziya, həm Rio, həm də Tokio olimpiadalarında qazandığı təcrübə bizə deməyə əsas verir ki, Ruslanın Paris-2024-də medal qazanmaq şansları var. Hətta deyərdim ki, bu şanslar heç də az deyil. - Qarşıda komandamızı üçüncü Avropa Oyunları gözləyir. Bu yarışda neçə idmançımızın iştirakı gözlənilir?
- Bu günə qədər 4 idmançımız Polşada təşkil olunacaq üçüncü Avropa Oyunlarına lisenziya qazanıb. Amma lisenziyaların son siyahısı aprel ayının 22-də müəyyənləşəcək. Çünki təsnifat mərhələsinin son yarışı hazırda Peru şəhərində keçirilən dünya kubokudur. Bu yarış başa çatdıqdan sonra bütün siyahılar dərc olunacaq. Hesablamalarımıza görə hələki, 4 idmançımız lisenziya əldə edib. Amma ola bilər ki, bu say bir qədə də artsın. - Mümkündürsə, federasiyanın qarşıdakı aylarda əsas planları barədə məlumat verəsiniz.
- Sözsüz ki, əsas planlarımız avqust ayında Bakıda keçiriləcək dünya çempionatına hazırlıqla bağlıdır. Federasiyanın bütün idmançıları, məşqçiləri bu mötəbər yarışa hazırlaşırlar. Çünki bu yarışda hər Olimpiya növündə 4 lisenziya uğrunda mübarizə aparılacaq. Bu çempionatdan əvvəl keçiriləcək yarışlar federasiya kubokları, eləcə də şəhər və respublika miqyaslı turnirlər mundiala hazırlıq prosesi daşıyacaq. - Bakı Atıcılıq Mərkəzi bugünlərdə Azərbaycan kuboku uğrunda yarışlara ev sahibliyi etdi. Yekun nəticələrə əsasən bu yarışda yeni perspektivli idmançıları üzə çıxarmaq mümkün oldumu?
- Bildiyiniz kimi aprelin 12-16-da Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə Azərbaycan kuboku yarışı keçirildi. Turnirin keçirilməsində əsas məqsəd yeni gənc və perspektivli idmançıların müəyyən olunması, atıcılıq idman növünün kütləviliyinin artırılmasıdır. Dairəvi və səngər növündə keçirilən yarışlarda şəxsi və qarışıq komanda üzrə qaliblər müəyyənləşdi. Yarışda ümumilikdə 70-ə yaxın idmançı öz bacarığını nümayiş etdirdi.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
22.10.2026, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
22.10.2026, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22.10.2026, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
22.10.2026, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
22.10.2026, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
22.10.2026, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
22.10.2026, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
22.10.2026, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş
-
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
19.10.2026, 10:52 Basketbol
-
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
19.10.2026, 10:34 Olimpiya dünyası
-
Gimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
19.10.2026, 10:03 Gimnastika
-
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
19.10.2026, 09:38 Cüdo
-
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
18.10.2026, 09:05 Gündəm
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
18.10.2026, 01:20 Gündəm
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
17.10.2026, 18:14 Cüdo
-
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
17.10.2026, 00:55 Gündəm
-
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd edilib
17.10.2026, 00:47 Olimpiya dünyası