Rusiyanın bədii gimnastika üzrə Olimpiya yığmasının xoreoqrafı Maksim Kojevnikovu Moskvada döyüblər. Baş vermiş hadisədə o, çənəsindən ciddi xəsarət alıb. Polis hazırda hadisənin motivlərini araşdırır. Qeyd edək ki, Maksim idman və Latın Amerikası rəqsləri üzrə dünya çempionudur.