Fransa polisi gələn il Parisdə təşkil olunacaq Yay Olimpiya Oyunlarının Sen-Deni şəhərində yerləşən Təşkilat Komitəsində reyd keçirib.
Axtarışın səbəbi açıqlanmayıb. Təşkilat Komitəsinin əməkdaşlarının müstəntiqlərlə əməkdaşlıq etdiyi vurğulanır.
Qeyd edək ki, Paris-2024 26 iyul-11 avqustda təşkil olunacaq.