Rusiya velosipedçiləri 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edə bilməyəcəklər. Bu barədə millinin baş məşqçisi Sergey Kovpanets "RİA Novosti"yə açıqlamasında bildirib.
O, Parisə getmək üçün heç bir şanslarının olmadığını söyləyib: "Bizi olimpiadadan kənarlaşdırdılar. Orada yaxşı çıxış edə bilərdik, idmançılar sürətli nəticələr göstərirlər. Dünya çempionatında reytinq xalları qazanmaq mümkün idi. Qəribədir ki, idmançılarda motivasiya var, gənclər də yaxşı mübarizə aparırlar. Biz artıq növbəti olimpiya tsiklini hədəfləyirik".
Qeyd edək ki, Rusiya velosipedçiləri Ukraya ilə müharibə səbəbindən beynəlxalq yarışlardan kənarlaşdırılıblar. Olimpiada 2024-cü il 26 iyul - 11 avqustda olacaq.