Gənclər və idman naziri İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş katibini qəbul edib
Gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş katibi Rəsul Ömərovu qəbul edib. Qonağı salamlayan nazir onu növbəti dəfə Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
Görüşdə təşkilatla ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib və gənclər siyasəti mövzusunda fikir mübadiləsi aparılıb.
Rəsul Ömərov səmimi qəbula görə minnətdarlıq edib.