Maribor-2023: atletlərimiz bu gün 6 idman növündə mübarizə aparacaqlar

Maribor-2023: atletlərimiz bu gün 6 idman növündə mübarizə aparacaqlar

Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı davam edir. Yarışın dördüncü günündə Azərbaycan idmançıları 6 idman növündə mübarizə aparacaqlar.

Cüdoda 4, atletikda 3, gimnastikada 2, üzgüçülük, şose velosipedi və dağ velosipedində 1 idmançımız qüvvəsini sınayacaq. Yeniyetmə tennisçilərin mübarizəsində isə oğlanlardan ibarət komandamız qoşa yarışlarda çıxış edəcək.

26 iyul

Cüdo

12:00. Məhəmməd Musayev (-60 kq), Cəsur İbadlı (-66 kq), Vüsalə Hacıyeva (-48 kq), Xədicə Qədəşova (-52 kq)

 

Atletika

11:30. Hüseyn Abbasov (uzunluğa tullanma),

13:20. İlahə Quliyeva (200 m qaçış)

13:45. Novruz Əsədli (200 m qaçış)

 

Üzgüçülük

11:49. Səid Həmidov (200 m arxası üstə üzmə)

 

Tennis

12:15. Nazim Məlikov, Tamerlan Kərimov (qoşa oyunlar)

Dağ velosipedi

14:00. Maksim Polikarpov

 

İdman gimnastikası

17:00. Aytən Məmmədova, Duyğu Məcidzadə