Efiopiyalı atlet dünya rekordunu yenilədi

 Efiopiyalı atlet dünya rekordunu yenilədi

Efiopiyalı atlet Qudaf Tseqay ABŞ-da keçirilən Brilyant Liqasının finalında 5000 metr məsafəyə qaçışda qadınlar arasında yeni dünya rekordu müəyyənləşdirib.

Tseqay məsafəni 14 dəqiqə 0,21 saniyəyə qət edərək yarışların qalibi olub. Bundan əvvəlki dünya rekordu keniyalı Faith Kipyeqona (14 dəqiqə 5,20 saniyə) məxsus idi və iyunun 9-da qeydə alınmışdı.

Qudaf Tseqayın 26 yaşı var. O, 5000 metr məsafəyə qaçışda Tokio Olimpiadasının bürünc mükafatçısıdır. Bu il isə idmançı 10 000 metr, keçən il isə 5 000 metr məsafəyə qaçış üzrə dünya çempionu olub.