“Zirə” liderliyini qorudu
Olimpizm xəbərləri
18.09.2023, 12:40
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun oyunları keçirilib. Turun ilk oyun günündə "Zirə" klubu "Sumqayıt"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 45+1-ci dəqiqədə Məqsəd İsayev vurub. Komandanın digər oyunçusu Pyer Zebli 10-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
27-ci dəqiqədə isə qonaqların baş məşqçisi Samir Abasov qırmızı vərəqə gördüyü üçün texniki zonadan uzaqlaşdırılıb.
Xallarının sayını 15-ə çatdıran "Zirə" liderliyini qoruyub. "Gənclik şəhəri" təmsilçisi 7 xalla hələlik 7-ci pillədə qərarlaşıb.
Turun ikinci oyun günündə daha iki oyun təşkil olunub. Əvvəlcə "Kəpəz" komandası Gəncə şəhər stadionunda "Səbail"i qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 0:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Dənizçilər"in qollarını 2-ci dəqiqədə Yusif Nəbiyev, 16-cı dəqiqədə Valdemar Almeyda, 54-cü dəqiqədə isə Aleksandr Ramalinqom vurub.
Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran qonaqlar dördüncü pillədə qərarlaşıb. "Kəpəz" isə 4 xalla 9-cu sıradadır.
VI turun növbəti oyunu "Neftçi" və "Araz-Naxçıvan" komandaları arasında olub. "Dalğa Arena"dakı qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. 81-ci dəqiqədə Orxan Əliyev penaltidən fərqlənib. Meydan sahiblərində Kadiri Mohammed 86-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran "Araz-Naxçıvan" beşinci pilləyə yüksəlib. "Neftçi" isə 8 xalla 6-cı sıradadır.
Turun son oyun günündə daha iki qarşılaşma oynanılıb. Günün ilk matçı Tovuzda keçirilib. Yerli “Turan Tovuz” doğma azarkeşləri önündə “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Əvəzində fasilədən dərhal sonra tovuzlular dörd dəqiqə ərzində rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 56-cı dəqiqədə Fərid Nəbiyev, 59-cu dəqiqədə isə Belajdi Pusi adlarını tabloya yazdırıblar.
Lakin qonaqlar təslim olmayıblar. 72-ci dəqiqədə dəqiq zərbə ilə komandasını ümidləndirən Osama Xalayla 6 dəqiqə sonra penaltidən fərqlənərək, dubla imza atıb və hesabı bərabərləşdirib.
Komandaların sonrakı cəhdləri bir nəticə verməyib, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bununla “Turan Tovuz” cari mövsüm öz meydanında keçirdiyi ikinci matçda da qələbə qazana bilməyib. Bu heç-heçə sayəsində xallarının sayını 10-a çatdıran “Turan Tovuz” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Qəbələ” isə 4 xalla sonuncudur.
Tura “Qarabağ” - "Sabah” oyunu ilə yekun vurulub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qarşılaşmanı üstün keçirən “köhlən atlar” ikinci hissədə vurduqları qollar sayəsində 2:0 hesablı qələbə qazanıblar. 56-cı dəqiqədə Olavio Juninyo hesabı açıb. 88-ci dəqiqədə isə Hamidu Keyta görüşdə son nöqtəni qoyub.
Qələbə sayəsində xallarının sayını 10-a yüksəldən “Qarabağ” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Səkkizinci sırada qərarlaşan “Sabah”ın isə hesabında 4 xal var.
Qeyd edək ki, Premyer Liqada VII turun matçları 23-25 sentyabr aralığında keçiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol