Olimpiya Oyunlarında ən maraqlı məqamlar
Olimpizm xəbərləri
19.09.2023, 13:28
Olimpiya Oyunları təkcə yüksək nailiyyətlərin qazanıldığı bir idman yarışı sayılmır. Dünyanın ən böyük idman tədbirlərində baş verən qeyri-adi və bəzən də qorxulu anlar olimpiadanı daim diqqət mərkəzində saxlayır. “Olimpiya dünyası”qəzeti bu dəfə də ənənəsinə sadiq qalaraq, çoxsaylı oxucularına Olimpiya Oyunları barədə maraqlı faktları təqdim edir.
Hiyləgər planın qurbanı olan idmançı Olimpiya Oyunlarının tarixində idmançıların diskvalifikasiya edilməsi də kifayət qədər olub. Belə ki, 1976-cı ildə Kanadada keçirilən Olimpiya Oyunları böyük qalmaqal və beşnövçülük üzrə sovet millisinin diskvalifikasiyası ilə tarixə düşüb. Məsələ burasındadır ki, sovet millisinin ən yaxşı qılıncoynadanı olan Boris Onişenko hiyləgər planı ilə hakimləri aldadıb, rəqib üzərində qələbə qazanmağa cəhd etmişdi. Belə ki, idmançının qılıncının tutacağına xüsusi bir düymə yerləşdirilmişdi. Qılıncoynadan həmin düyməni sıxdığı zaman cərəyan vasitəsi ilə hakimlərin lampasının işığı yanırdı. Hakimlərin bu lampasının yanması isə onun rəqibə toxunması anlamına gəlir. İlk baxışda B.Onişenkonun bu planı ideal kimi görünsə də, idmançı nəticədə öz “qazdığı quyuya düşdü”. Belə ki, o, səhv edərək, qılıncı rəqibə toxunmadan düyməni sıxdığı üçün planı alt üst oldu. Nəticədə, idmançının hiyləgər planı aşkar edildi və o, nəinki yarışlardan diskvalifikasiya edildi, hətta SSRİ-də belə bütün mükafatları ləğv olundu və idmandan kənarlaşdırıldı. Finişə avtomobillə gələn idmançı 1904-cü ildə Sent-Luisdə (ABŞ) təşkil olunan Olimpiya Oyunları tarixin ən qəribə oyunları hesab olunur. İlk olaraq qeyd edək ki, ümumiyyətlə, olimpiadanın keçirilməsi Çikaqoda nəzərdə tutulmuşdu. Lakin ABŞ prezidentinin göstərişi ilə bu baş vermədi. Bundan əlavə marafonda gözlənilməz qalmaqal yaşanmışdı. Belə ki, yarış günü yol qumlu və enişli yoxuşlu olduğu üçün iştirakçıların yarısından çoxu finişə gəlib çata bilməmişdi. Həmçinin marafon yolu fərdi evlər yerləşən ərazidən keçdiyindən idmançıların bəziləri itlərinin hücumuna məruz qalmışdılar. Hətta bir atlet arxası ilə qaçan itlərdən canını qurtarmaq üçün qarğıdalı sahəsində gizlənmişdi. Marafonun qalibi isə Frederik Lorz oldu. Amma idmançı bu qələbəni ədalətli yolla əldə etməmişdi. Belə ki, marafon bitəndən sonra məlum oldu ki, F.Lorz finişə avtomobillə çatıb. Məsələ orasındadır ki, yarışın əvvəlində idmançı ayağını zədələmişdi və yoldan keçən azarkeş də idmançını avtomobilə əyləşdirərək, finişə qədər gətirmişdi. Atlet finiş xəttinə 8 kilometr qalmış nəqliyyat vasitəsindən enərək, qalib kimi yarışı tamamladı. Hakim səhvləri ilə yadda qalan olimpiada Olimpiya Oyunları tarixində 1932-ci ilsə Los-Anceles şəhərində keçirilən olimpiada “hakim səhvləri olimpiadası” adı ilə yaddaşlara həkk olub. Həmin Olimpiya Oyunlarında mübarizələr zamanı hakimlər çox sayda səhvlərə yol veriblər. Lakin bu səhvlərdən ən kobudu həmişəlik Olimpiya Oyunları tarixində qalacaq. Belə ki, Oyunlar çərçivəsində 3 min metr məsafəyə qaçış yarışlarında hakim gözlənilmədən postunu tərk etdi. Bu səbəbdən marafon iştirakçıları bir dairə əlavə qaçmaq məcburiyyətində qaldılar. Həmçinin 200 metr məsafəyə qaçış yarışlarında qalib olan idmançı qaçış zolağının yanlış qoyulması səbəbi ilə iki metr az qaçmışdı. Qanlı yaddaş Olimpiya oyunları tarixinin ən qanlı səhifəsi isə 1972-ci il sentyabrın 5-də Almaniyada keçirilən yarışlar olmuşdu. Belə ki, həmin vaxt terrorçular İsrail heyətinin iqamətgahına daxil olaraq İsrail millisinin iki üzvünə atəş açaraq qətlə yetirib, daha on idmançısını isə əsir götürmüşdülər. Terrorçular İsraildə həbsdə olan ərəb əsrlərin həmçinin Avropa həbsxanalarında cəza çəkən İsrail vətəndaşlarının azadlığa buraxılmasını tələb edirdilər. Vəziyyətin gərgin olmasına baxmayaraq, İsrail dövləti bu tələbləri yerinə yetirməkdən imtina etmişdi. Bununla da, polislər əsrləri azad etmək üçün əməliyyata başladılar. Amma təəssüf ki, əməliyyat uğurla yekunlaşmadı və bütün əsrlər qətlə yetirildi. Lakin yaşanmış belə bir faciəyə baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Oyunları davam etməsi barədə qərar vermişdi.
Olimpiya Oyunlarına qurban gedən göyərçinlər 1900-cü ildə Fransanın paytaxtı Parisdə II Yay Olimpiya Oyunları təşkil olundu. Təşkilatçılar oyunların proqramına yeni idman növü əlavə etmək qərarına gəldilər. Qəribə görünsə də, bu, göyərçinlərə atəş açmaq növü idi. Nəticədə isə yarış bitdikdən sonra azarkeşlərin əyləşdiyi tribunalar göyərçin lələkləri və cəsədləri ilə dolu idi. Buna baxmayaraq, bu idman növü 1908-ci ilə qədər Olimpiya növü kimi proqramda qaldı. Daha sonra isə təşkilatçılar həmin idman növünü göyərçinlərə qarşı qəddarlıq olduğunu bildirərək, olimpiadanın proqramından çıxardılar.
Olimpiya parkında terror 1996-cı ildə dördilliyin zirvə yarışı Atlantada keçirilirdi. Lakin yarış təşkilatçıları xeyli səhvə yol vermişdi. Amma bu səhvlərdən ən dəhşətlisi terrorun baş verməsi oldu. Belə ki, partlayıcı qurğu insanların olduğu Olimpiya parkında işə düşmüşdü. Nəticədə, iki nəfər həlak oldu, yüz nəfərdən çox insan xəsarət aldı. Araşdırmadan sonra partlayıcı qurğunu dəmir boruya bərkidildiyi məlum oldu. Bu hadisə bütün dünyaya səs saldı. Hadisəni törədən şəxs isə bir ildən sonra daha bir terror hadisəsi törətdikdən sonra saxlanıldı.
Ən bahalı Olimpiya Oyunları Olimpiya Oyunları yetərincə bahalı bir idman tədbiridir. Ən bahalı Oyunlardan biri də 2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən yarış oldu. Belə ki, dövlət oyunların keçirilməsinə 40 milyard dollar xərcləmişdi. Məbləğin əsas hissəsi 2001-2008-ci illərdə infrastruktur, ekologiya və nəqliyyat sisteminə ayrılmışdı. 2012-ci ildə Londonda təşkil olunan olimpiadanın keçirilməsi isə Pekindən bir qədər az, yəni 17 milyard dollara başa gəldi. Təxmini bir milyard dollar yalnız yarışların təhlükəsizlik sisteminə ayrılmışdı. Oyunları 40 min polis və hərbi qulluqçu qoruyurdu. Unikal və kütləvi Olimpiya Oyunları 2004-cü ildə Yunanıstanda təşkil olunmuşdu. Ölkəyə 12 milyard dollara başa gələn Oyunlardan sonra Yunanıstan külli miqdarda borca düşmüşdü. Olimpiya Oyunlarında Yunanıstan üçün də ən vacib amil təhlükəsizlik idi. Belə ki, Oyunları 70 min polis əməkdaşı qoruyurdu.
Qadınların yarışında qalib gələn kişi atlet 1936-cı ildə Berlində təşkil olunan Olimpiya Oyunlarında Dora Ratyen qadınlar arasında keçirilən hündürlüyə tullanma yarışlarında dördüncü yerə sahib çıxdı. Lakin bütün dünya üçün qəribə olsa da, 1938-ci ildə Doranın kişi olduğu məlum oldu. Belə ki, idmançının atasının verdiyi məlumata görə, Dora həm kişi, həm də qadın cinsi orqanları ilə doğulub. Doğum zaman isə həkimlər idmançının valideynlərinə qız övladlarının doğulduğunu bildiriblər. Amma buna baxmayaraq, artıq 11-12 yaşında olarkən Dora özünü qız kimi hiss etmədiyini anladı. Nəhayət, 1939-ci ildə atlet rəsmi şəkildə adını Henri Ratyen olaraq dəyişdi. Həmçinin atletin bütün mükafatları ləğv olundu və onun beynəlxalq yarışlarda iştirakı qadağan edildi.
Türkay Niftəliyeva
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Nicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeirində pedaqoji-psixoloji aspektlər
23.11.2026, 14:56 Gündəm
-
Qədim idman ənənələrinə malik Qazax 2026-cı ildə Azərbaycanın idman mərkəzinə çevrilib
23.11.2026, 11:22 Olimpiya dünyası
-
Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
23.11.2026, 11:01 Boks
-
Azərbaycan ilk dəfə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
21.11.2026, 20:28 Gündəm
-
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
21.11.2026, 20:20 Cüdo
-
Azərbaycanın güləş millisi Gürcüstanda çempion olub
20.11.2026, 14:46 Güləş
-
Parataekvondoçumuz dünya çempionatında qızıl medal qazanıb
20.11.2026, 13:08 Taekvondo
-
Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək
20.11.2026, 12:38 Gündəm
-
Prezident İlham Əliyevin Qazax rayonunun idman obyektlərinə səfərləri və idmanın inkişafına göstərdiyi diqqət
20.11.2026, 12:09 Olimpizm xəbərləri
-
U-20 millimiz növbəti yoldaşlıq oyununu keçirəcək
20.11.2026, 11:20 Futbol
-
Bakıda Xüsusi Olimpiya Avropa badminton turnirinin açılış mərasimi keçirilib
19.11.2026, 22:52 Olimpiya dünyası
-
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
19.11.2026, 18:30 Su idman növləri
-
Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib
19.11.2026, 18:16 Futbol
-
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
17.11.2026, 09:33 Gündəm
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
17.11.2026, 08:20 Gündəm
-
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
17.11.2026, 00:35 Gündəm
-
Elnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
15.11.2026, 04:45 Olimpiya oyunları
-
Adil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
15.11.2026, 04:39 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
15.11.2026, 04:31 Olimpiya oyunları
-
Anar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
15.11.2026, 04:25 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
15.11.2026, 03:40 Olimpiya oyunları
-
Tapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
14.11.2026, 15:06 Gündəm
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
13.11.2026, 23:32 Olimpiya oyunları
-
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
13.11.2026, 15:00 Olimpiya oyunları
-
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
13.11.2026, 13:30 Boks
-
Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
13.11.2026, 12:09 Olimpiya oyunları
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
13.11.2026, 10:45 Futbol
-
Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
13.11.2026, 00:38 Şahmat
-
Qılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
12.11.2026, 23:20 Olimpiya oyunları
-
Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
12.11.2026, 23:03 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım"
12.11.2026, 17:48 Olimpiya oyunları
-
Azərbaycan komandası Avropa çempionatında ikinci yeri tutub
12.11.2026, 17:30 Gündəm
-
Boksçumuz Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazandı
12.11.2026, 16:13 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
12.11.2026, 13:26 Olimpiya oyunları