“Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib
Olimpizm xəbərləri
22.09.2023, 16:21
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə Böyük Dəbilqə turnirinin açılış mərasimi keçirilib.
Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot, həmçinin, digər rəsmi şəxslər iştirak ediblər. Əvvəlcə turnirlə bağlı hazırlanan videoçarx təqdim edilib.
Mərasimdə çıxış edən Mariana Vasileva ölkəmizdə idmana göstərilən diqət və qayğıdan danışıb. "Azərbaycan Cüdo Federasiyası öz işini mərahətlə görür. Artıq ölkənin regionlarında cüdo sürətlə inkişaf edir. Bakıdakı Böyük Dəbilqəyə də dünyanın 61 ölkəsinin idmançısı qatılıb. Onlara uğurlar arzulayıram”.
Daha sonra nitq bildirən Rəşad Nəbiyev turnirin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmasının onlar üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb: "Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında müstəsna rol oynayır. Biz də ölkəmizdə cüdonun inkişafı üçün əlimizdən gələni edirik. Bu il müxtəlif yaş qrupundan olan cüdoçularımız beynəlxalq yarışlarda uğurla çıxış ediblər”.
Laslo Tot isə fikirlərini bildirdikdən sonra yarışı açıq elan edib: "Mükəmməl təşkilatçılığa görə, Azərbaycan Cüdo Federasiyasına, həmçinin, Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, tədbir uğurla həyata keçiriləcək”.
Sonda Azərbaycan Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.
Qeyd edək ki, Böyük Dəbilqə turnirində 61 ölkənin 446 (264-ü kişi, 182-si qadın) idmançısı iştirak edir. Azərbaycan millisi yarışa 26 kişi, 7 qadın cüdoçu ilə qatılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol