“Vüqar Həşimov Memorialı”: İştirakçıların siyahısında dəyişiklik oldu

“Vüqar Həşimov Memorialı”: İştirakçıların siyahısında dəyişiklik oldu

Dekabrın 8-11-də Qəbələdə təşkil olunacaq “Vüqar Həşimov Memorialı”nın iştirakçılarının siyahısında dəyişiklik olub. Turnirin mətbuat xidmətindən verilən məlumata görə, Polşa təmsilçisi Yan-Kşiştof Duda Təşkilat Komitəsinə səhhəti ilə əlaqədar yarışda iştirak edə bilməyəcəyi ilə bağlı müraciət ünvanlayıb.

Onun əvəzinə Hindistan şahmatçısı Arcun Eriqaysi ilk dəfə “Vüqar Həşimov Memorialı”na dəvət olunub.

14 yaşında beynəlxalq qrossmeyster olan Arcun Eriqaysi gənclər arasında Asiya çempionatının gümüş mükafatçısıdır.

Qeyd edək ki, yarış Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı keçiriləcək.