Bu gün kişi voleybolçuların Azərbaycan çempionatında keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül Laçın” - “Neftçi” oyunu bəzi oyunçuların səhhətində problem yarandığı üçün təxirə salınıb.
Azərbaycan Voleybol Federasiyasından (AVF) verilən məlumata görə, “Neftçi” komandasından federasiyaya rəsmi müraciət olunub. Müraciətdə komandanın 6 oyunçusunda (Emin Abdullayev, Milad Salehi, Abdollah Azmoun, Mohammad Norouzi, Mohammad Abolhasanı, Mohsen Vazehi) yüksək hərarətin (Diaqnoz-Kəskin Respirator Xəstəlik, KRX) müşahidə edildiyi bildirilib. AVF yaranmış bu vəziyyəti nəzərə alaraq qarşılaşmanın təxirə salınmasına qərar verib.
Həmin oyunun keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.