Azərbaycan Voleybol Federasiyasının Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova qadın voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, N.İsmayılova fevralın 20-də 1/4 final çərçivəsində keçiriləcək “LKS Commercecon LODZ” (POL) və “Allianz Vero Volley MİLANO” (ITA) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qarşılaşmanın hakimləri ukraynalı Mixaylo Medvid və rumıniyalı Boqdan Laurentiu Stoica olacaq.