Avropa Liqasının 1/8 finalına vəsiqə qazanan "Qarabağ" nə qədər gəlir əldə edəcək?

Avropa Liqasının 1/8 finalına vəsiqə qazanan "Qarabağ" nə qədər gəlir əldə edəcək?

UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu mübarizədən kənarlaşdıran "Qarabağ"ın qazandığı mükafatın məbləği müəyyənləşib.

1/8 finala yüksələn ölkə çempionu Avropa futbol qurumundan 1,2 milyon avro alacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası Portuqaliyada rəqibini 4:2 hesabı ilə məğlub etmişdi. Bakıdakı cavab qarşılaşmasının əsas vaxtında qonaqlar qələbə qazandığından (2:0), əlavə vaxt oynanılıb. Matçın yekununda komandamız rəqibinə 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gələrək 1/8 finala yüksəlib.