Moskvadakı terror aktını kimlər törədib?
Olimpizm xəbərləri
23.03.2024, 11:06
Xəbər verdiyimiz kimi, Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Rusiya Fövqəladə Hallar Nazirliyi hadisə nəticəsində 99 nəfərin həlak olduğunu, 146 nəfərin yaralandığını açıqlayıb. "Olimpnews.as" xəbər verir ki, bununla bağlı "Sfera.az"a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, hazırda bu terror aktının əsas müzakirə mövzusu hücumun arxasında hansı qüvvənin dayanması məsələsidir: “Böyük ehtimalla, tərəflər öz maraqlarına uyğun “günahkarlar” təqdim edəcəklər. ABŞ hücumda Ukraynanın iştirakına dair heç bir əlamətin olmadığını açıqlayıb, rəsmi Kiyev də Rusiyanın özünü günahlandırır. Moskva isə “Ukraynanın iştirakına dair əlamətin olmadığı” fikri ilə razılaşmayıb. Bu o deməkdir ki, Rusiya terror aktına görə Ukraynanın günahlandırılmasına hazırlaşır və ikinci çeçen müharibəsində olduğu kimi, indi də belə bir hücumların Moskva üçün sərfəli tərəfləri də var”. Ekspert bildirib ki, Kremlin sözçüsü Dmitri Peskovun günün birinci yarısında verdiyi Ukraynada “xüsusi əməliyyatın müharibəyə keçdiyi” haqda açıqlama xüsusilə diqqət çəkir: “Belqorod hücumundan sonra Moskvada əyləncə mərkəzinə edilən hücum, rus ictimai rəyində Ukraynanın üzərinə bütün gücü ilə getməyin zəruriliyi fikrinin hakim olacağı istisna deyil. Peskovun dediyi kimi, “Rusiya elə bir addım atacaq ki, Ukrayna hərbi potensialı onun vətəndaşlarını və ərazisini təhdid edə bilməsin”. Bu addım ilkin olaraq Ukrayna şəhərlərinin kütləvi bombardman edilməsi kimi görünür. Bu kontekstdə Qərbin gedişlərindən biri Rusiyanın Ukraynaya hücumlarını “legitimləşdirmək” cəhdinə qarşı terror aktının günahkarının tapılması ola bilər. İstisna deyil ki, bunu İŞİD, yaxud "Rusiyanın Azadlığı Legionu", "Rusiya Könüllüləri Korpusu", "Sibir batalyonu" kimi daxili qruplar “üzərlərinə” götürə bilər”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Nicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeirində pedaqoji-psixoloji aspektlər
23.11.2026, 14:56 Gündəm
-
Qədim idman ənənələrinə malik Qazax 2026-cı ildə Azərbaycanın idman mərkəzinə çevrilib
23.11.2026, 11:22 Olimpiya dünyası
-
Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
23.11.2026, 11:01 Boks
-
Azərbaycan ilk dəfə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
21.11.2026, 20:28 Gündəm
-
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
21.11.2026, 20:20 Cüdo
-
Azərbaycanın güləş millisi Gürcüstanda çempion olub
20.11.2026, 14:46 Güləş
-
Parataekvondoçumuz dünya çempionatında qızıl medal qazanıb
20.11.2026, 13:08 Taekvondo
-
Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək
20.11.2026, 12:38 Gündəm
-
Prezident İlham Əliyevin Qazax rayonunun idman obyektlərinə səfərləri və idmanın inkişafına göstərdiyi diqqət
20.11.2026, 12:09 Olimpizm xəbərləri
-
U-20 millimiz növbəti yoldaşlıq oyununu keçirəcək
20.11.2026, 11:20 Futbol
-
Bakıda Xüsusi Olimpiya Avropa badminton turnirinin açılış mərasimi keçirilib
19.11.2026, 22:52 Olimpiya dünyası
-
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
19.11.2026, 18:30 Su idman növləri
-
Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib
19.11.2026, 18:16 Futbol
-
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
17.11.2026, 09:33 Gündəm
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
17.11.2026, 08:20 Gündəm
-
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
17.11.2026, 00:35 Gündəm
-
Elnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
15.11.2026, 04:45 Olimpiya oyunları
-
Adil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
15.11.2026, 04:39 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
15.11.2026, 04:31 Olimpiya oyunları
-
Anar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
15.11.2026, 04:25 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
15.11.2026, 03:40 Olimpiya oyunları
-
Tapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
14.11.2026, 15:06 Gündəm
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
13.11.2026, 23:32 Olimpiya oyunları
-
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
13.11.2026, 15:00 Olimpiya oyunları
-
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
13.11.2026, 13:30 Boks
-
Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
13.11.2026, 12:09 Olimpiya oyunları
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
13.11.2026, 10:45 Futbol
-
Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
13.11.2026, 00:38 Şahmat
-
Qılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
12.11.2026, 23:20 Olimpiya oyunları
-
Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
12.11.2026, 23:03 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım"
12.11.2026, 17:48 Olimpiya oyunları
-
Azərbaycan komandası Avropa çempionatında ikinci yeri tutub
12.11.2026, 17:30 Gündəm
-
Boksçumuz Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazandı
12.11.2026, 16:13 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
12.11.2026, 13:26 Olimpiya oyunları