Stefano Pioli: "İstənilən oyunda uduzmaq xoşagəlməzdir"

Stefano Pioli: "İstənilən oyunda uduzmaq xoşagəlməzdir"

"Milan"ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Roma"ya qarşı məğlubiyyəti (1:2) şərh edib. "Hamımız məyus olduq. İstənilən oyunda uduzmaq xoşagəlməzdir. Biz geri qayıtmağa çalışdıq və Loftus-Çik sayəsində hesabı bərabərləşdirə bilərdik. Amma mübarizədə rəqibə müqavimət göstərə bilmədik. Onların üç şansı oldu və ikisindən istifadə etdilər”, - UEFA mətbuat xidməti Piolidən sitat gətirib.