Baham adaları və Azərbaycan Gimnastika Federasiyaları (AGF) arasında anlaşma memorandumu imzalanıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, müqavilə bədii gimnastikanın inkişafı və təbliği məqsədilə imzalanıb.
Memorandum AGF-nin baş katibi Nurlana Məmmədzadə və Baham adaları Gimnastika Federasiyasının prezidenti Kora Hepburn tərəfindən imzalanıb.
Bu əməkdaşlığın federasiyalar arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.