Avropa çempioantından üç medal

Avropa çempioantından üç medal

Almaniyanın Regensburq şəhərində karate-do üzrə Avropa çempionatı keçirilib.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamız yarışda üç medal qazanıb. Təmsilçilərimizdən İmran Quluzadə (72 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Digər karateçimiz Fuad Əliyev (+80 kq) isə bürünc medala yiyələnib.

Azərbaycan idmançıları komanda yarışında da fərqlənməyi bacarıblar. İmran Quluzadə, Fuad Əliyev və Mehman Eynalovdan ibarət üçlük Avropa çempionatını üçüncü yerdə başa vurub.

Qeyd edək ki, komandaya bu yarışda Azərbaycan Karate Federasiyasının Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi rəhbərlik edib.