Azərbaycanın BRICS Sports Games Kazan 2024-də bayraqdarı müəyyənləşdi 

Azərbaycanın BRICS Sports Games Kazan 2024-də bayraqdarı müəyyənləşdi 

Rusiyanın Kazan şəhərində keçiriləcək “BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı məlum olub.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu gün keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını avarçəkən, “Amber Oars” beynəlxalq reqatasının gümüş və bürünc mükafatçısı, “Prezident Kuboku-2015” beynəlxalq reqatasının qızıl mükafatçısı Ziya Məmmədzadə daşıyacaq.