Olimpiadaya vəsiqə qazanan güləşçimiz uğur qazanmağın sirrini açıqladı
BOK
27.06.2024, 16:17
Adı: Murad Soyadı: Məmmədov Təvəllüdü: 12.08.1995 İdman növü: güləş (yunan-Roma) Çəkisi: 60 kq Nailiyyətləri: Avropa çempionu (2024), Avropa çempionatının gümüş və bürünc mükafatçısı (2018, 2022), dünya çempionatının gümüş və bürünc medalçısı (2021, 2023). Paris-2024-ə lisenziyanı Türkiyənin İstanbul şəhərində keçirilən lisenziya xarakterli dünya Olimpiya təsnifat turnirində qazanıb.
Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılardan biri də yunan-Roma güləşçimiz Murad Məmmədovdur. Yeniyetmələr arasında respublika yarışlarında məşqçilərin ümidlərini doğruldan idmançımız tezliklə beynəlxalq arenalarda da özünü sübut edə bilib. Yeniyetmə və gənclər arasında dünya, Avropa çempionatları və bir sıra mötəbər yarışlarda qazandığı titullar onun şöhrətini bir qədər də artırdı. Murad Məmmədov bu gün böyüklər arasında keçirilən yarışlarda da uğurla çıxış edərək, qələbələr qazanır. Bu il Rumıniyada Avropa çempionatının qalibi olan güləşçimiz müxtəlif illərdə qitə çempionatlarının gümüş (2018) və bürünc (2022) medallarına da sahib çıxıb. Murad bundan başqa 2021-ci ildə Norveçdə keçirilən dünya çempionatında bürünc, 2023-cü ildə isə Serbiyada gümüş medal qazanıb. Pəhləvanımız ötən ay İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində 60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, Paris Olimpiadasına lisenziya qazanıb. Bu günlərdə olimpiyaçımız “Olimpiya dünyası” qəzeti və “Olimpnews.az” saytına müsahibə verib. Müsahibimiz idmana gəlişi və Paris Olimpiadasına hazırlıq prosesi barədə danışıb. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Murad, istərdik bir qədər idmana gəlişin barədə danışasan. Həmin illəri necə xatırlayırsan?
- Ailədə 4 qardaş olmuşuq. Çox dəcəl olduğumuza görə, atam biz idmana yazdırdı. Beləcə, mənim böyük idmana gəlişim başladı. Bu günə qədər yunan-Roma güləşi üzrə iştirak etdiyim respublika, dünya, Avropa və beynəlxalq yarışlarda bir sıra nailiyyətlər qazanmışam.
- Paris-2024-ə lisenziyanı son anda əldə etdin. Bu o deməkdir ki, Olimpiya Oyunlarında mübarizə daha gərgin keçəcək. Bu barədə təəssüratların necədir? - Düzdür, olimpiadaya lisenziyanı son yarışda, Türkiyədəki Dünya Olimpiya təsnifat turnirində qazandım. Amma bunu olimpiadada mübarizənin gərgin keçəcəyi ilə əlaqələndirmirəm. Lisenziya üçün sonuncu şans olsa belə yarışda dörd görüş keçirdim və hər birində rahat şəkildə qalib gəldim. Ümid edirəm ki, Olimpiya Oyunlarında da özümü doğruldacağam.
- Olimpiadaya hazırlıq prosesi necə keçir. Yarışlara qədər əsas hazırlıq prosesiniz harada nəzərdə tutulub?
- Olimpiadaya hazırlıq prosesi çox yaxşı keçir. Gərgin məşqlər edirik. Hazırda Göygöldə təlim-məşq toplanışındayıq. Bizimlə bərabər amerikalı mütəxəssis də buradadır, bizə məşq keçir. Bundan sonra isə Vladiqafqazda təlim-məşq toplanışının təşkil olunacağı gözlənilir. Həmin hazırlıqdan sonra Azərbaycana qayıdaraq, oyunlara qədər ölkəmizdə hazırlıq keçəcəyik. Bu hazırlıq prosesindən sonra isə Parisə yollanacağıq. - Olimpiya Oyunlarında ilk dəfə mübarizə aparacaqsan. Özündən hansı nəticəni gözləyirsən?
- Bəli, ilk dəfə Olimpiya Oyunları həyəcanını yaşayacağam. Amma buna baxmayaraq, özümə inanıram. İlk dəfədən də Allahın köməkliyi ilə yaxşı nəticə qazanacağıma ümid edirəm. - Olimpiadaya özünü psixoloji cəhətdən necə hazırlayırsan?
- Çalışıram ki, bu yarışa adi bir turnir kimi yanaşım. İnsan “Olimpiya” sözünü belə dilinə gətirəndə daxilində bir həyəcan, gərginlik keçirir. Yəni bəzən bu Oyunların ab-havası idmançını sıxa bilər. Bunun üçün də düşünürəm ki, bu yarışa adi bir turnir kimi baxıb, mübarizə aparmalıyam. Hesab edirəm ki, bu, bir qədər həyəcanımı azaldacaq.
- Sənin üçün Paris-2024-də ən çətin rəqiblər kimlərdir?
- Düzdür, olimpiadaya lisenziya qazanan bütün rəqiblər güclüdür. Amma mənim üçün əsas rəqiblər Qırğızıstan və Yaponiyadan olan idmançılardır. Çalışacağam ki, ən güclü olmaq üçün onlara da qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxım.
- Uğur qazanmağın sirlərini nədə görürsən?
- Düzgün rejim və məşqdə. Əslində, buna sirr deməzdim. Çünki bütün peşəkar idmançılar bunu yaxşı başa düşürlər. Əgər məşqçinin verdiyi tapşırıqlara düzgün şəkildə əməl etsən, öz rejimini qursan uğur səninlə olacaq.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Bugün, 09:46 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
26.05.2026, 22:29 Gündəm
-
"Şahin" hərbi-idman oyunu üzrə Yasamal rayon birinciliyinin qalibləri mükafatlandırılıb
25.05.2026, 21:17 Olimpiya dünyası
-
MOK-da Azərbaycan Kino Agentliyi ilə görüş keçirilib
25.05.2026, 15:41 MOK
-
Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına üzv qəbul olunub
25.05.2026, 13:19 Futbol
-
Millimiz Dünya Kubokunda altıncı oldu
25.05.2026, 11:32 Olimpiya dünyası
-
Pəhləvanlarımız qitə birinciliyini 10 medalla başa vurdular
25.05.2026, 09:27 Gündəm
-
Azərbaycan millisinin növbəti rəqibi bəlli olub
23.05.2026, 18:51 Futbol
-
Media nümayəndələri Şamaxıda güləş zalı və məşq prosesi ilə tanış olublar
23.05.2026, 13:19 Güləş
-
Beynəlxalq güləş qaydaları kitabının təqdimatı olub
23.05.2026, 12:35 Güləş
-
Beynəlxalq Güləş Günündə Şamaxıda media üçün seminar keçirilib
23.05.2026, 12:16 Güləş
-
Misli Premyer Liqasında sonuncu turun daha iki oyunu keçiriləcək
23.05.2026, 10:02 Futbol
-
"Barselona"nın əfsanəsi məşqçiliyə başlayır
23.05.2026, 09:35 Futbol
-
23 May - Beynəlxalq Güləş Günüdür
23.05.2026, 09:08 Güləş
-
Modriç gələcəyi barədə danışdı
23.05.2026, 08:47 Futbol
-
"Lans"dan tarixi zəfər
23.05.2026, 08:30 Futbol
-
"Judo Club 2012"dən növbəti uğur
23.05.2026, 08:06 Cüdo
-
"Trabzonspor" 10-cu dəfə Türkiyə Kubokunun qalibi oldu
23.05.2026, 01:28 Futbol
-
Ülviyyə Samokovda tarix yazdı, Mədinə üçüncü oldu
22.05.2026, 22:32 Güləş
-
İki guləşçimiz Avropa çempionatının finalında
22.05.2026, 22:22 Güləş
-
"Qarabağ" mövsümə qələbə ilə yekun vurdu
22.05.2026, 21:33 Futbol
-
Kamandan oxatma üzrə ölkə birinciliyi keçiriləcək
22.05.2026, 15:45 Olimpiya dünyası
-
AŞF-nin yeni loqosu təqdim edilib
22.05.2026, 15:36 Şahmat
-
Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi yekunlaşdı
22.05.2026, 15:09 Olimpiya dünyası
-
Bakıda "SPLASH for Swimmable Cities" tədbiri keçirilib
22.05.2026, 13:00 Olimpiya dünyası
-
Azərbaycan Şahmat Federasiyasının növbəti Hesabat Konfransı keçirilib
22.05.2026, 12:29 Şahmat
-
Parakarateçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar
22.05.2026, 11:09 Olimpiya dünyası
-
Olimpiya çempionları yeniyetmə və gənc güləşçilərlə görüşüblər
21.05.2026, 15:44 Olimpiya dünyası
-
Misli Premyer Liqasında sonuncu tura start verilir
21.05.2026, 10:06 Futbol
-
Azərbaycan stolüstü tennisçisi rəsmən Dünya rekordçusudur
20.05.2026, 20:22 Gündəm
-
ATF-nin iki nümayəndəsinə Avropa Taekvondo Birliyində vəzifə verilib
20.05.2026, 16:17 Taekvondo
-
Şahmatçılarımız Avropa çempionatında iştirak edəcəklər
20.05.2026, 14:13 Şahmat
-
Stolüstü tennisçilər Tacikistana yollanıblar
20.05.2026, 12:22 Tennis
-
Elgün Əlizadə məşqçilik kursunu uğurla başa vurub
20.05.2026, 11:54 Velosiped