Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları müəyyənləşdi

Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları müəyyənləşdi

Basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Quba mərhələsində iştirak edəcək komandaların adları dəqiqləşib. 

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda Niderland, Avstraliya, Çin (U-24), Filippin, İran milliləri ilə yanaşı, “Düsseldorf Zoos” (Almaniya), “Çexiya” və “Baku Fleyms” (Azərbaycan) klubları mübarizə aparacaqlar.

Qeyd edək ki, Dünya Qadın Seriyasının Quba mərhələsi iyulun 20-21-də təşkil olunacaq.