Avropa Liqası: "Zirə" Moldovodan minimal hesablı qələbə ilə qayıdır

Avropa Liqası: "Zirə" Moldovodan minimal hesablı qələbə ilə qayıdır

UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyunu çərçivəsində "Zirə" Moldovada "Şerif"lə üz-üzə gəlib.

Tiraspol şəhərindəki "Şerif Arena"da təşkil olunan oyun komandamızın qələbəsi ilə yekunlaşıb - 1:0.

Matçda yeganə qolu 88-ci dəqiqədə David Volkov vurub. 

Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena"da təşkil olunacaq.