Azərbaycanın bir qrup idmançısı Parisə yola düşüb

Azərbaycanın bir qrup idmançısı Parisə yola düşüb

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının bir sıra üzvləri Fransaya yollanıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, media nümayəndələri azarkeşlər və idmançıların yaxınları iştirak ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzulayaraq idmançılarımızdan qələbələr gözlədiyini bildirib. "Bu gün ilk nümayəndə heyətimiz Parisə yola düşür. Artıq ayın 25-də kamandan oxatma üzrə yarışlara start veriləcək. Oyunlarda 48 idmançı ilə ilk dəfə olaraq 15 idman növündə mübarizə aparacağıq”, - deyə Fərid Qayıbov qeyd edib.

İyulun 26-da keçiriləcək Paris-2024-ün açılış mərasimində Azərbaycan komandasının bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaq.

Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Azərbaycanın bir qrup idmançısı Parisə yola düşüb Azərbaycanın bir qrup idmançısı Parisə yola düşüb Azərbaycanın bir qrup idmançısı Parisə yola düşüb Azərbaycanın bir qrup idmançısı Parisə yola düşüb Azərbaycanın bir qrup idmançısı Parisə yola düşüb