Roma Papası Fransisk Paris-2024 Yay Olimpiya Oyunları zamanı dünyada silahlı münaqişələrə son qoyulması üçün yeni çağırış edib.
“İdman dünyada böyük sosial gücə malikdir. Bu vasitə ilə müxtəlif mədəniyyətlərdən olan insanlar sülh yolu ilə birləşə bilər. Ümid edirəm ki, bu olimpiada bizim qurmaq istədiyimiz inklüziv dünyanın vasitəçisi olacaq. Qədim ənənəyə görə, Olimpiya Oyunları müharibələrdə barışıq əldə etmək üçün bir fürsətdir”, - deyə RMC Sport Papanın sözlərindən sitat gətirib.
“Olimpiya Oyunları müharibələrdə barışıq əldə etmək üçün bir fürsətdir”