Paris-2024: cüdoçularımız günü medalsız başa vurdular

Paris-2024: cüdoçularımız günü medalsız başa vurdular

Olimpizm xəbərləri

28.07.2024, 13:24

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən cüdo yarışlarının ikinci günü Azərbaycan idmançıları üçün başa çatıb. "Şan-de-Mars" Arenada keçirilən yarışda daha iki cüdoçumuz Yaşar Məmmədov (-66 kq) və Gültac Məmmədəliyeva (-52 kq) tatami üzərinə çıxıb.  Təmsilçilərimizdən Yaşar Nəcəfov 1/16 final mərhələsində serbiyalı Straxinya Bunçiçlə qarşılaşıb. Rəqibinə məğlub olan idmançımız  olimpiada ilə erkən vidalaşıb.  Komandamızın bayraqdarı Gültac Məmmədəliyevanın (-52 kq) da olimpiadadakı debütü uğursuz alınıb.  Mübarizəyə 1/16 final mərhələsindən başlayan cüdoçumuz Anjelika Delqadoya (ABŞ) məğlub olub.  Qeyd edək ki, olimpiadanın növbəti günlərində Azərbaycan komandasının daha 5 cüdoçusu tatami üzərinə çıxacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR