Paris-2024: Hidayət Heydərov qızıl medalın bir addımlığında

Paris-2024: Hidayət Heydərov qızıl medalın bir addımlığında

BOK

29.07.2024, 19:16

Cüdo üzrə yığma komandamızın lideri Hidayət Heydərov (-73 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb. Dünya və Avropa çempionumuz həlledici görüşə vəsiqə uğrunda mübarizədə kosovalı Akil Qjakovla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz Paris-2024-ün final mərhələsinə vəsiqə qazanıb. Cüdoçumuzun həlledici mərhələdəki rəqibi fransalı Benjamin Joan Qaba ilə qarşılaşacaq. Final görüş Bakı vaxtı ilə saat 20:09 başlayacaq.

Xatırladaq ki, cüdoçumuz daha əvvəl Tohar Bitbula (İsrail) və Artur Margelidona (Kanada) qalib gəlib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR