Helsinkindən başlayan yolda Olimpiya məşəllərini kimlər alovlandırıb?
Olimpizm xəbərləri
30.07.2024, 17:22
Olimpiya oyunlarında ən şərəfli iş olimpiadanın təntənəli açılış günü məşəli alovlandırmaqdır. Ümumiyyətlə, məşəlin alovlandırılması antik oyunlarda həyata keçirilib. Uzun illər unudulan bu qədim adət Berlin Olimpiadasında (1936-cı il) bərpa edilib. Adətən, məşəli idmançılar alovlandırırlar. Ancaq 1976-cı ildə Kvebekdə (Kanada) bu şərəfli və qürurverici missiyanı iki kanadalı gənc yerinə yetirib. Bəs görəsən, dörd ildən bir keçirilən möhtəşəm oyunların məşəllərini bu günə kimi daha kimlər alovlandırıb?
Helsinki-1952 Finlandiyanın tanınmış idmançısı, qaçış üzrə dörd dəfə Olimpiya çempionu Paavo Nurmi Olimpiya məşəlini alovlandıran 4-cü idmançıdır. “Uçan finlandiyalı”nın hesabında təzələnmiş 24 dünya rekordu da var. Məşəlin alovlandırılmasında ona daha bir finlandiyalı idmançı - Hanne Kolemyanda kömək edib.
Tokio-1964
Yaponiyada keçirilən olimpiadanın məşəlinin alovlandırılması Tokio Universitetinin tələbəsi Yosinori Cakakiyə həvalə edilib. Maraqlıdır ki, yaponiyalı gənc 6 avqust 1945-ci ildə- Xirosimaya atom bombası atılan gün dünyaya gəlib. Qeyd edək ki, Yaponiya Asiya qitəsində olimpiadaya ev sahibliyi edən ilk ölkədir. Mexiko-1968
Meksikalı atlet Keta Basilio Olimpiya məşəlini alovlandıran ilk qadın idmançı olub. O, maneələri dəf etmək üzrə qaçışda ölkə çempionu olmaqla yanaşı, həm də dünyanın ən yaxşı atletlərindən biri hesab edilirdi. Basilio Afina-2004-ün də iştirakçısı olub. Meksika Yay Olimpiya Oyunlarının açılışına on gün qalmış dəhşətli faciə baş verdi. Tələbələrin etiraz nümayişinə polis tərəfindən açılan atəş yüzlərlə insanın həyatına son qoydu. Mexiko-1968 daha bir hadisə ilə yadda qaldı. Afrika əsilli amerikalı atletlər Tommi Smit və Con Karlos rasizmə qarşı etirazlarını qəribə şəkildə nümayiş etdirdilər. 200 m məsafəyə qaçışda qızıl və gümüş medal qazanmış bu atletlərin şərəfinə ABŞ himni səsləndirilərkən onlar yumruqlarını yuxarı qaldıraraq, başlarını aşağı salıblar.
Moskva-1980
Olimpiadanın məşəlini alovlandırmaq basketbolçu Sergey Belova həvalə edilib. O, adı Şöhrət Zalına yazılan nəinki ilk sovet, hətta ilk Avropa idmançısı idi. Beynəlxalq Basketbol Assosiasiyası Sergey Belovu bütün zamanlar üzrə Avropanın ən yaxşı oyunçusu adlandırıb. Olimpiadanın açılış mərasimində üçtəkanla tullanmada üçqat Olimpiya çempionu Viktor Saneev məşəli stadion boyu dolandırdıqdan sonra onu Sergey Belova verib. Basketbolçu isə Moskva Yay Olimpiya Oyunlarının rəsmi açılışını təcəssüm etdirən əsas məşəli alovlandırıb.
Los-Anceles-1984
Okeanın o tayında keçirilən Yay Olimpiya Oyunlarının məşəli mayın 7-də alovlanıb. İyulun 28-də şəhərin “Memorial Coliseum” arenasına gəlib çatıb. Ölkədə ilk məşəl Cina Hemfil və Bill Tropa (amerikalı olimpiyaçıların nəvələri) təqdim olunub. Ümumilikdə 3636 nəfər bu estafetə qoşulub. Məşəl ABŞ-ı şərqdən qərbə - Kolumbiya dairəsi də daxil olmaqla 33 ştatdan keçib. İyulun 28-də Cina Hemfil Los-Ancelesdəki açılış mərasimində iştirak edib. O, məşəli stadiona aparıb və pilləkənlərlə yuxarı qalxaraq xüsusi boruda alov yandıran dörnövçü Rafer Consona təhvil verib.
Seul-1988
1936-cı il marafon yürüşünün qalibi, Cənubi Koreyanın tanınmış atleti Son Ki-Çanq olimpiadanın məşəlini alovlandırıb. Ona marafon yürüşünün iştirakçılarından biri - gənc atlet Kim Von Tak kömək edib. Seul Olimpiadası dopinq qalmaqalı ilə yadda qalıb. Kanadalı atlet Ben Conson 100 metr məsafəyə qaçışda dünya rekordu qazansa da, stanozolol maddəsi qəbul etdiyi üçün diskvalifikasiya edilib. Kanadalı sonralar deyib ki, qadağan olunmuş preparatı kimsə onun yeməyinə əlavə edib.
Atlanta-1996
1959-cu ildə 16 yaşlı Kassius Kley (Məhəmməd Əli) boks üzrə ABŞ yığmasının məşqçisi Anjelo Pandiyə zəng edərək, xahiş edir ki, onu da yığmaya götürsün. O, məşqçini əmin edir ki, bir ildən sonra Olimpiya çempionu olacaq. Belə də olur. Məhəmməd Əli orta ağır çəkidə Olimpiya çempionu (1960, Roma) adını qazanır. Atlanta Olimpiadası məşəlinin alovlandırılması dünyanın bir nömrəli boksçusuna həvalə edilmişdi. Parkinson xəstəliyindən əzab çəkən Məhəmməd Əli titrəyən əlləri ilə məşəli alovlandırıb. Olimpiadanın açılış mərasiminin xəstə bir adama həvalə edilməsi çoxlarını narazı salmışdı. İllər keçəndən sonra isə hamı Məhəmməd Əlinin bu şərəfə layiq olduğunu qəbul etdi.
Sidney-2000
Olimpiadanın təntənəli açılış mərasimi çox gözəl alınıb. Avstraliyalı atlet Keti Frimen balaca bir hovuzun içərisində düzəldilmiş kürsüyə çıxaraq, hovuzda olan xüsusi maddəni alovlandırıb. Keti Frimen açılışını elan etdiyi bu olimpiadada 400 m məsafəyə qaçışda çempion olub.
Afina-2004
Olimpiadanın məşəlini alovlandırmaq 1996-cı il olimpiadasının çempionu Nikolaos Kaklamanakisə nəsib olub. İdmançının alovlandırdığı nəhəng borudan çıxan alov dilləri ətrafa yayılaraq möhtəşəm mübarizənin başlamasından xəbər verib.
Pekin-2008
“Bir dünya - bir arzu” devizi altında keçən 2008-ci il Oyunlarının açılış mərasimində ən yaddaqalan məqamlardan biri Olimpiya məşəlinin yandırılması olub. Bu şərəfli vəzifəni Olimpiya çempionu, Los-Ancelesdə keçirilmiş XXIII Yay Olimpiya Oyunlarında üç qızıl, iki gümüş və bir bürünc medal qazanaraq, Dünya İdman Jurnalistləri Assosiasiyasının versiyasına görə, XX yüzilliyin 25 ən böyük atletindən biri hesab edilmiş məşhur Çin gimnastı Li Nin yerinə yetirib.
London-2012
Böyük Britaniya paytaxtında keçirilən XXX Yay Olimpiya Oyunlarının məşəl estafeti may ayının 19-dan iyulun 27-nə qədər davam edib. 8 min min qət olunan estafetdə elə həmin sayda məşəlçi iştirak edib. Ölkə ərazisini gəzdikdən sonra məşəli son marşrutu London Olimpiya stadionu olub. Yekundə Olimpiya məşəli üçün 7 gənc idmançı seçilib. Britaniyalı Olimpiya çempionları tərəfindən seçilmiş Kallum Airlie, Cordan Daklit, Dezire Henry, Kameron MakRitçi, Aidan Reynolds, Adelle Tresi və Keti Kirk əzəmətli Olimpiya məşəlini alovlandırıblar.
Rio-2016
XXXI Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması aprelin 21-də Yunanıstanın Olimpiya şəhərindən başlayıb. Alov Braziliyaya aprelin 27-də təyyarənin göyərtəsində gətirilib. Ölkədə məşəl estafeti mayın 3-dən avqustun 5-dək davam edib. Estafetdə 12 min məşəlçi iştirak edib. Marşrut ölkədə 83 mərhələdən ibarət olub. Rio-de-Janeyrodakı stadionda Olimpiya Oyunlarının açılış mərasimində Oyunların nəhəng məşəlini marafonçu, Afina-2024-ün bürün mükafatçısı Vanderley Kordeyru di Lima alovlandırıb.
Tokio-2020 “Gündoğar ölkə”də keçirilən Yay Olimpiya oyunları COVİD-19 pandemiyası səbəbindən bir il sonra təşkil edilib. Tokio Olimpiadasının 2021-ci ilə təxirə salınmasından sonra Olimpiya məşəli Olimpiya Stadionunun qarşı tərəfində yerləşən Tokio Olimpiya Muzeyində saxlanılıb. 23 iyul-8 avqust tarixində karantin şəraitində keçirilən Oyunların məşəli ölkənin 47 prefekturasında keçib. “Ümid yolumuzu işıqlandırır” devizi altında keçirilən Oyunlarda məşəl səyahəti iyulun 23-də Olimpiya Stadionunda Oyunların açılış mərasimində Olimpiya məşəlinin alovlanması ilə yekunlaşıb. Məşəli tennis üzrə Böyük Dəbilqə turnirinin qalibi Naomi Osaka alovlandırıb.
Paris-2024
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli 2023-cü il iyulun 25-də, Oyunların açılış mərasimindən bir il əvvəl ictimaiyyətə təqdim edilib. Olimpiya Oyunlarının əsas simvollarından sayılan məşəlinin müəllifi Metyu Lehannerdir. O, öz əl işinin dizaynında bərabərlik, su və sülh motivlərinə üstünlük verib. Məşəl etsafeti Atlantik, Hind və Sakit okeanlarını keçib. İlk məşəlçisi avarçəkmə üzrə Tokio-2020-nin çempionu Stefanos Duskos olub. Estafetə 10 minə yaxın fərdi məşəlçi cəlb edilib. Bundan əlavə, 3 minə yaxın məşəlçi komanda estafet yarışlarında görünüb. Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində əsas məşəlini üçqat Olimpiya çempionları atlet Mari Joze Perek və cüdoçu Teddi Riner alovlandırıblar.
Hazırladı: Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol
-
Dünya çempionundan təsirli paylaşım
24.07.2026, 13:07 Gündəm
-
Azərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
24.07.2026, 13:06 Futbol
-
Onur Quluzadənin növbəti sınağı
24.07.2026, 10:18 Tennis
-
Konfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
23.07.2026, 22:23 Futbol
-
"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
23.07.2026, 22:05 Olimpizm xəbərləri
-
Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
23.07.2026, 13:12 Futbol
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
23.07.2026, 12:51 Su idman növləri
-
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
23.07.2026, 12:29 Şahmat
-
Ölkəmizin UEFA reytinqində mövqeyi dəyişməyib
23.07.2026, 11:35 Futbol
-
Konfrans Liqası: "Zirə" Estoniya klubu ilə qarşılaşacaq
23.07.2026, 11:14 Futbol
-
Dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
23.07.2026, 10:33 Güləş
-
UEFA Avropa Liqası: Bu "Qarabağ" Bakıda ÇSKA ilə qarşılaşacaq
23.07.2026, 10:11 Futbol
-
Media nümayəndələri arasında stolüstü tennis turniri keçirilib
22.07.2026, 22:36 Tennis
-
Azərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
22.07.2026, 22:17 Gimnastika
-
Konfrans Liqası: "Neftçi" Bakıda "Dinamo"ya məğlub oldu
22.07.2026, 22:00 Futbol
-
Bu gün Milli Mətbuat Günüdür
22.07.2026, 00:38 Olimpiya dünyası
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
21.07.2026, 18:14 Gündəm
-
Milli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
21.07.2026, 18:03 Olimpiya dünyası
-
“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
21.07.2026, 17:42 Futbol